2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bəzi apteklərdə güclü təsirə malik dərmanların satışına icazə veriləcək

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində mərkəzin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiya və Təchizat Mərkəzinin rəhbərliyinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov və Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun, bu qanunla təsdiq olunmuş güclü təsir edən maddələr və zəhərli maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat veriblər.

Əczaçılıq müəssisələri rəhbərləri güclü təsir edən maddələr və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyindən rəyin verilməsini istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

İclasda qeyd edilən dərman vasitələrinin istifadəsinə tibbi göstərişi olan xəstələrə əlçatan olmasının təmin edilməsi məqsədilə qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısının hazırlanaraq Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunduğu bildirilib.

Sonda Analitik Ekspertiza Mərkəzinin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiya və Təchizat Mərkəzinin rəhbərləri toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button