2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Bəzi hərbçilərin maaşları artdı, amma müddətlilərin yox…

Bir sıra hərbi qulluqçuların maaşları 20 faiz artırılıb.

Prezident İlham Əliyev bununla bağlı bu gün, dekabrın 23-də fərman imzalayıb. Həmin sənəddə özünün bu ilin iyununda imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamından kənarda qalanlardan bəhs edilir. Yəni söhbət o əlavənin şamil olunmadığı hərbi qulluqçulardan gedir. (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçuları istisna olmaqla)

Saytların yığılması Saytlarin yigilmasi

Polis də, gömrük də unudulmadı…

Dövlət başçısının başqa bir fərmanı ilə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçilərinin də aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə edilir.

Prezident, eyni zamanda, Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də maaşlarına 20 faiz əlavə edib. Burada da özünün bu il imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncamdan kənarda qalanlardan bəhs edilir. Amma yenə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna təşkil edir.

Habelə, Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına da həmin maaşın 20 faizi qədər əlavə ediləcək.

Bura Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları da aid edilir. Amma yenə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna təşkil edir. Eyni qaydada və eyni faiz miqdarında Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarına da əlavə ediləcək.

İ.Əliyev həmçinin, Dövlət Sərhəd Xidmətinin bəzi həqiqi hərbi xidmət hərbi qulluqçularının və mülki işçilərinin də maşlarına eyni faizdə əlavə edilməsini təmin edib. Amma builki artımda yer alanlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olub.

Sevinənlər arasında Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri də yer alıb.

Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinin işçiləri də unudulmayıb. O cümlədən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin işçiləri.

Artımlar gələn ilin yanvarından qüvvədə olmalıdır.

Prezident bundan əvvəl də minimum əməkhaqqını və bəzi sahələrdə maaşları artırmışdı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button