2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bəzi məhsulların reklamına qadağa qoyula bilər

Azərbaycanda sağlamlıq üçün təhlükə törədən məhsulların reklamının qadağan olunması, yeyinti məhsullarının reklamı ilə bağlı prosedurun dəyişdirilməsi təklif edilir.
Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib ki, əgər hansısa məhsul insanın sağlamlığı üçün təhlükə yaradırsa, onun ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmalı, reklamı da qadağan edilməlidir.
A.Hacıyevin sözlərinə görə, bəzi ölkələrdə genetik modifikasiya olunmuş məhsullardan istifadə edilir. Azərbaycanın qanunvericiliyinə görə, genetik modifikasiya olunmuş məhsulların idxalı və ölkədə istehsalı artıq qadağandır.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə deyib ki, təhlükəli məhsulların bazara yol açmaması üçün Azərbaycanda da yeyinti məhsullarının reklamı dünya ölkələrində olduğu kimi aparılmalıdır.
İttifaq sədri təklif edir ki, yeyinti məhsullarının reklam olunması üçün Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar həmin məhsulun insan sağlamlığına təhlükəsiz olması barədə rəy verməlidirlər. Yalnız bundan sonra yeyinti məhsullarının reklamına icazə verilməli, onun reklam işi təşkil olunmalıdır.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi insan sağlamlığı üçün zərərli olan kolbasa, çipsi, şokalad, qazlı su kimi məhsulların reklamının məhdudlaşdırılmasını təklif edib.
Trend

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button