2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Bəzi Rusiya müxalifətçiləri Navalnıdan niyə narazıdır?

AzadlıqRadiosunun müxbiri Carl Schreck-in məqaləsində deyilir ki, daxili çəkişmə Rusiya müxalifətinin köhnə bəlasıdır.

İndi isə müxalifət Kremlin bir nömrəli rəqibi sayılan Aleksey Navalnının mübarizə taktikasını tənqid edir.

Saytların yığılması Saytlarin yigilmasi

Navalnı iyunun 12-də icazəli etiraz aksiyasını icazəsiz yerə keçirməklə yüzlərcə tərəfdarının və elə özünün də saxlanmasına səbəb olub.

Müxalifətin fikrincə Navalnı aksiyanın yerini tədbirə 24 saat qalarkən dəyişməklə antihökumət qüvvələrinin miqyasını kiçildib.

Hökumət buna görə də əvvəlcədən xəbərdarlıq etmişdi ki, bütün qanunsuz hərəkətlərin qarşısını sərtliklə alacaq.

Buna baxmayaraq Navalnı Moskvanın tam mərkəzində yerləşən Tverskaya küçəsini seçmişdi.

Polis icazəsiz mitinqə gəlmiş 800-dək gənc etirazçını saxlayıb və adətincə Vaşinqton və Brüsseldən səslənən tənqidləri eşidib.

Navalnı isə, ümumiyyətlə aksiyadan əvvəl öz mənzilində saxlanıb və ona qanunusz kütləvi aksiyalar keçirmək və polisə müqavimət göstərmək ittihamı ilə 30 günlük həbsxana cəzası verilib.

Planın son anda dəyişməsi mitinqin keçirilməli olduğu icazəli meydana gələnlərin də sayını kəskin şəkildə azaldıb. Dövlət telekanalları da əsasən elə oradakı ölgün toplantını çəkiblər.

Putinin qatı tənqiçdçisi olan, qocaman insan haqları müdafiəçisi Lev Ponomaryov iyunun 12-də müstəqil “Novaya qazeta”ya deyib: “Mən bir şeyi söyləyə bilərəm: Navalnı etiraz hərəkatını zəiflədib”.

Bir vaxtlar Rusiyanın Ukraynadakı ekspansionizm siyasətini tənqid etdiyinə görə Moskvanın elit universitetindən qovulmuş tarixçi – professor Andrey Zubov iyunun 13-də bu fikirləri bölüşərək deyib ki, etiraz aksiyası həm keçirilməsi planlaşdırılan məkanda, həm də Tverskaya küçəsində tam iflasa uğrayıb.

Zubov deyib ki, Rusiyanın başqa şəhərlərində keçirilmiş izdihamlı etiraz aksiyalarının fonunda moskvalılar daha az mütəşəkkil, çaşqın və əhval-ruhiyyəsiz görünürdülər.

Zubov Facebook hesabından yazdığı postda qeyd edir ki, bu uğursuzluğa görə təqsir hakimiyyətdə deyil.

“Ən yaxşı halda” həbs

Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməyi planlaşdırır və buna görə də iyunun 12-də Rusiyanın 100-dən çox şəhərində keçirilən antikorrupsiya etirazları Navalnının ölkə boyunca dəstəyini artırmalı idi.

Navalnı və onun yaxın silahdaşları bildirirlər ki, Rusiya boyunca keçirilmiş mitinqləri uğur saymaq olar. Onlar bunu da xüsusi vurğulayırlar ki, bu aksiyalara qoşulanların əksəriyyəti gənclər, hətta yeniyetmələr olub.

Navalnı məhkəmə zalında mitinqlərdən razı qaldığını bildirib. O deyib ki, etirazların çoğrafiyası heyrətamizdir.

Buna baxmayaraq etirazların baş mitinq meydanı, əlbəttə Moskva olmalı idi. Lakin Navalnı bildirmişdi ki, hakimiyyət orqanları onların Saxarov prospektində keçirilməli olan aksiyası üçün lazımi şəraiti yaratmayıb.

Navalnı israr edir ki, bütün hallarda qanun etirazçıların tərəfində idi və onlara qarşı güc tətbiq olunmamalıydı.

Bununla belə, Kremlin bir neçə tənqidçisi Navalnını bilərəkdən kütləni polislə toqquşmaya yönləndirməkdə ittiham edib.

Dəfələrlə Putin maskası geyinərək təkadamlıq aksiyalar keçirdiyinə görə həbs olunmuş fəal Roman Roslovtsev yazır ki, Navalnı “xal qazanıb”, onun tərəfdarlarının yeganə qazancı isə “ən yaxşı halda” həbs olub.

Amma Navalnının qərarını dəstəkləyənlər də var. Müxalifətin köhnə fəallarından İlya Yaşin deyib ki, polisin etirazçıları qoyun sürüsü kimi qabağına qatmasına yol vermək olmaz.

Yaşin AzadlıqRadiosuna deyib ki, hakimiyyətlə daim belə oyun oynamaq olmaz və nə vaxtsa möhkəm dayanıb, haqları müdafiə etmək lazımdır.

Müəmmalı tribuna

Amma mitinqin icazəli məkanına toplaşanlar əsasən Moskvada yaşayış evlərinin sökülməsi ilə bağlı etirazlarını bildiriblər. Haradansa, tribuna və mikrofonlar da gəlib çıxıb.

Navalnının əsas müavini Leonid Volkov iyunun 13-də YouTube saytında deyib ki, avadanlığın hardan və necə gəldiyini heç kim bilmir.

Onun fikrincə, bunu Navalnını gözdən salmaq istəyən hakimiyyət orqanları ediblər.

Moskva hakimiyyəti və Kreml Navalnını adamları təxribata çəkməkdə ittiham edir. Kremlə loyal siyasətçilər deyirlər ki, orada mikrofon və dinamiklərin olması Navalnının camaatı aldatdığını göstərir.

Rusiya Barmaqlıqlar Arxasında QHT-sinin başçısı Sergey Şarov-Delaunay Current Time TV kanalına deyib ki, “Navalnının siyasətçi kimi səhvləri ola bilər, amma onun ümumi yanaşması düzgündür”.

Şarov-Delaunay əlavə edib ki, “Navalnı qətiyyətli liderdir və hakimiyyətə boyun əymək fikri yoxdur”.

Tanınmış müxalifətyönlü jurnalist Andrey Loşak da deyib ki, Navalnının mitinq yerini dəyişməsinin motivini başa düşmür, lakin mitinqə gənclərin daha çox qatılmasını yalnız alqışlamaq olar.

Loşak Facebook səhifəsində yazır ki, polislə toqquşma əsnasında iki sevgilinin söhbətini eşidib.

Qız oğlana deyirmiş: “Sağ ol ki, məni bura gətridin. Mən bu gün çox şeyi başa düşdüm”.

Loşak yazır ki, belə başa düşənlər hələ çox olacaq, bu isə hakimiyyət üçün yaxşı xəbər deyil.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button