2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bəzi şərabçılıq məhsullarının reklamı qadağan edilir

Eyyub Hüseynov: “Ölkədə düzgün istehlakçı siyasəti yoxdursa, nəticə də olmayacaq”

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi müzakirə olunub. Yeni maddəyə əsasən, reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı bəzi hallarda yerləşdirilə bilməz. Yəni tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində gedə bilməz. Bu məhsulların reklamı həmçinin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda yerləşdirilməməlidir. Onlar nəqliyyat vasitələrinin üzərində, onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) yerləşdirilə bilməz. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi də qadağandır.

Reklam ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azadlıq.info-ya açıqlamasında deyir ki, bu tipli məsələlərin icrası həmişə kağız üzərində qalıb. O, dörd il öncəki Ramazan ayında paytaxtda arağı təbliğ edən reklam şitinin yığışdırılmasına nail olduqlarını yada salır:

“Biz bu yolla istehlakçıların hüquqlarını qorumağa nail olduq. Lakin Azərbaycanda bəzi qanunlar hələ də kağız üzərində qalır. Dövlət orqanları bu istiqamətdə işləmir. İnsan həyatı üçün zərərli olan energetik içkilərin qadağan olunması, halal dönər və dönərxanalar, siqaretin satışıyla bağlı qəbul edilən qanunlar yalnız kağız üzərindədir. Ölkədə effektiv istehlakçı siyasəti yoxdur. Bütün məsələlər istehlakçının başında çatlayır. Rusiya prezidenti keçən ay istehlakçıların təhlükəsizliyi ilə bağlı dövlət orqanlarını toplayıb təhlillər apardı. Bizdə nə vaxtsa belə işlər olubmu? Düşünürəm ki, sözügedən qanun da sıradan biri olacaq. Ölkədə düzgün istehlakçı siyasəti yoxdursa, nəticə də olmayacaq”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button