2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bəzi şadlıq sarayları bağlana bilər

Bakıda toy böhranı yaşanır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bunu həm şadlıq saraylarının əməkdaşları, həm də şou-biznes nümayəndələri, eləcə də paytaxt sakinləri təsdiq edir. Məlumdur ki, bir neçə il əvvəl yeni şadlıq sarayları artmağa başlamışdı.

Bəzi mərasim aylarını çıxmaq şərti ilə az qala hər gün şadlıq saraylarında toy olur, səs-küyü ətrafa yayılırdı. Hətta bəzən şəhər sakinləri bu cür obyektlərdən çıxan tüstüdən, səs-küylü musiqi səsindən şikayətlənirdilər. Amma son vaxtlarda bir çox şadlıq saraylarının yerləşdiyi ərazilərdə səssizlik hökm sürür. Nə çal-çağırlı toy mahnıları eşidilir, nə də bacalardan tüstü çıxır. Bəziləri bunu ölkədə yaşanan son devalvasiya, bəziləri isə ənənəvi olaraq qış mövsümündə toy sifarişlərinin az olması ilə əlaqələndirir.

Məlumatlara görə, toy sifarişlərinin az olması ucbatından şadlıq evlərində çoxlu sayda işçi, o cümlədən hətta bir çox tanınmış musiqiçilər ixtisara salınıb.

Sözsüz ki, toy böhranı şou-biznez nümayəndələrinə də böyük təsir göstərib. Müğənnilərin əksəriyyəti son ay ərzində heç bir toy sifariş almadığını bildirir.

Ekspertlər qeyd edirlər ki, vəziyyət bu cür davam edərsə, bəzi şadlıq sarayları böhrana tab gətirməyərək fəaliyyətini dayandıra bilər.(müsavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button