2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bəzi siniflərdə summativ qiymətləndirmə ləğv olundu

Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub. Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Qərara əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.

BSQ ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:

Saytların yığılması Saytlarin yigilmasi

– ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;

– ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

– lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri. Həmçinin müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;

– ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

– ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri. Həmçinin  müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;

– lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri. Həmçinin müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.

– ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri. Həmçinin müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

Xatırladaq ki, kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.

Qeyd edək ki, summativlərin ləğvi ibtidai siniflərdə dərs yükünün azaldılmasıdır.

24saat.org xəbəri “Report”a istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button