2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bəzi türk vətəndaşlar yanlışlıqla Fransa prezidenti Fransua Ollandı tənqid ediblər – FOTOLAR

Hollandiya-Türkiyə arasında baş vermiş diplomatik böhrandan sonra türk vətəndaşlar Twitterdə Hollandiya hökumətini tənqid ediblər. Bizimyol.info xəbər verir ki, bəzi vətəndaşlar yanlışlıqla Fransanın 24-cü prezidenti Fransua Ollandı tənqid ediblər. Fransua Ollandın Twitterdəki hesabında onlarla türk vətəndaş tənqid dolu fikirlərini paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yanlışlığın fərqinə varanlar sonradan rəylərini siliblər.

Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button