2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Babək Həsənovdan xəbər var


Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Babək Həsənovun dünən, dekabrn 4-də evlərinə zəng vurduğu bildirilir.

Bu barədə Azadlıq Radiosuna onun qardaşı Cavid Həsənov məlumat verib:

“Dekabrn 4-də Babək zəng etmişdi, səhhətinin yaxşı olduğunu dedi.”

Saytların yığılması Saytlarin yigilmasi

C.Həsənovun qeydetməsinə görə, 3-4 gün öncə B.Həsənov 6 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib. Onun vurğulamasına görə, qardaşının bir ayın içində ikinci dəfədir ki, səhhətində problem yaranıbmış:

“Həm qızdırması olurdu, həm halsızlıq baş verirdi, həm də burundan su axmalar olurdu. Əlamətlərinə görə, həm qripə, həm də koronavirusa oxşayır. Amma cəzaçəkmə müəssisəsindən dəqiq deyilmir ki, bu qripdir, yoxsa koronavirus infeksiyası. 3-4 gün tibb məntəqəsində müalicə edirlər, sonra yenə də cəzaçəkmə müəssisəsinə qaytarırlar”

Onun deməsinə görə, qardaşı yenə müəssisəyə qaytarılıb, amma müalicəsi də davam edir:

“3-4 günlük müalicədən sonra dünən, dekabrın 4-də tibb məntəqəsindən buraxılıb, hərarəti enib, hələlik, özünü yaxşı hiss edir, bildiyimiz budur”

Cavid Həsənovun bu dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Birinci Qarabağ savaşında ( 1988-1994) xəsarət alan Babək Həsənov 2018-ci il mayın 25-də AXCP-nn digər digər funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub.Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

Saleh Rüstəmov həmin il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra, mayın 25-də həmin AXCP funksionerləri saxlanılıb. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub.

AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babık Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button