2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Babək Səmidlinin səs yazısı Parlamentdə: deputatlar arasında fikir ayrılığı

Yayımlandı: 11 Noyabr 2022 13:15

Qüdrət Həsənquliyev: “Müdafiə Nazirliyi səs yazısı ilə bağlı açıqlama verməlidir”

“Bu yaxınlarda şəhid polkovnik Babək Səmidlinin səs yazısı yayıldı. O, səs yazısında bildirdi ki, 40 faiz əsgərin gödəkçəsi yoxdur. Müdafiə Nazirliyi tərəfindən təkzib edilmədi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Xəbəri “modern.az” yayıb.

Həsənquliyev bildirib ki, müdafiə sahəsində boşluqlar var.

Deputat həmçinin əlavə edib ki, səs yazısı ilə əlaqədar Müdafiə Nazirliyi açıqlama verməlidir:

“Müdafiə Nazirliyi çıxıb niyə açıqlama vermir ki, səs yazısı düzdür, ya yox? Demək ki, düzgündür. Bu məsələyə niyə laqeyd yanaşırlar, onu araşdırmaq lazımdır. Mətbuatdan oxuyuruq ki, Ermənistan müdafiə xərclərini 57 faiz artırır. Ümumi götürəndə, bizim xərclərimiz Ermənistandan iki dəfə çoxdur, amma düşünürəm ki, bu da azdır. Azərbaycan müdafiə xərclərini daha da artırmalıdır”, – deputat deyib.

Əli Hüseynli: “…Müdafiə Nazirliyi açıqlama verməli deyil”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə səs yazısı ilə bağlı bildirib ki, bu, Azərbaycan ordusuna qarşı aparılan təxribatlardan biridir:

“Sosial şəbəkələrdə yayılan hər hansı səs yazısına görə Müdafiə Nazirliyi çıxıb açıqlama verməli deyil. Bu, Ordumuza qarşı olan təxribatlardan biridir”.

Meydan TV 2020-ci ilin noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olduğu bildirilən polkovnik Babək Səmidlinin ölümündən bir neçə gün əvvəl etdiyi söhbətin audioyazısını yayıb.

Babək Səmidli orduda bir sıra neqativ hallara toxunaraq, konkret adlar çəkib.

Babək Səmidli söhbətdə iddia edib ki, onları saxtakarlıq etməyə məcbur ediblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button