Loading...
Loading...
Xəbərlər

Bacısının başını kəsən sədrin qızı ilə bağlı qərar dəyişdi

Bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva barəsində olan məhkəmə qərarından dövlət ittihamçısının verdiyi protestə baxılıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, prokurorun verdiyi apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub.

Belə ki, ona yenidən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Xatırladaq ki, P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin ləğv edilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Onu da əlavə edək ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev biznesmendir.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button