2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bağçada tərbiyəçi tərəfindən döyüldüyü deyilən uşaqla bağlı AÇIQLAMA

“Uşağın dodağındakı yara bağçaya gələndə olub, səhər-səhər onu qoparıb və qanayıb. Dodağındakı yaranın səbəbi isə soyuqdəymədir. Başında isə heç bir zədə olmayıb. Bu məlumatı uşağın anası da təsdiqləyib”.

Bunu Publika.az-a açıqlamasında 193 saylı körpələr evinin direktor müavini Çiçək müəllimə (soyadını söyləmədi -red.) paytaxt sakini Umud Qocayevin ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyülməsi iddiasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Umudun atasının əksinə, anası bağçada uşağına xəsarət yetirilmədiyini deyir:

Saytların yığılması Saytlarin yigilmasi

“Uşağın anası öz həyat yoldaşı Vüqar Qocayevin psixi problemi olduğunu və onu sakitləşdirəcəyini deyib. Tibbi ekspertiza düzgün rəy versə, uşağın dodağındakı uçuğun xəstəlikdən olduğunu təsdiq edəcək. Uşağın atasının nə üçün belə iddia etdiyini bilmirik. Umud isə atasının qorxusundan o cür danışırdı. Əksinə, Vüqar Qocayev özü müəllimə qarşı kobudluq edib. Uşaqları danışdırmaq üçün müəlliməni kənara itələyib. Ona görə valideynin özü haqqında ölçü götürmək lazımdır. Biz də müəyyən yerlərə müraciət edəcəyik. O, uşaqlara hədiyyə alacağını deyərək Qala müəllimənin Umudu və onları döydüyünü demələrini istəyib. Bu vaxt uşaqlar nə cavab verməli idi? Qala müəllimə neçə illərdir bizim bağçada işləyir, onun haqqında heç vaxt şikayət olmayıb”.

Müəllimə bildirib ki, məsələ ilə bağlı valideynlə danışıq aparılıb.

“Dünən problemi həll etdik. Uşağın bağçaya gətiriləcəyini dedilər, amma bu gün gətirməyiblər”.

Məsələ ilə bağlı V.Qocayev Binəqədi rayon 5 saylı polis bölməsinə müraciət edib. Bölmə ilə əlaqə saxlasaq da, araşdırmanın nəticəsi barədə məlumat verilmədi.

***

Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, dünən övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb. Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub.

Qarşı tərəf isə iddiaları inkar edir.

Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək. (xezerxeber.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button