2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bağdadda milyon dollarlıq “fidyə” girovları gözləyir!

Suriyada qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi nəzərdə tutulan girov mübadiləsinə Qatar əmirinin ailəsindən 26 adamın də daxil olduğu ortaya çıxıb. Bağdad hava limanında milyonlarla dollar dəyərində “fidyə” daşıyan bir təyyarə 5 gündür mübadilənin sonlanmasını gözləyir
Suriyada müxaliflərin mühasirəsində olan, əsasən şiələrin yaşadığı Fua və Kefraya qəsəbələrinin azad edilməsi razılaşmasına təxminən 18 ay əvvəl İraqda qaçırılan Qatar Əmri Şeyxi Təmim Hamad əl-Taninin ailəsindən 26 nəfərin də daxil olduğu ortaya çıxıb. Qatar girovların azad edilməsi üçün “fidyə” ödəməyi də qəbul edib və keçən şənbə günü İraqın paytaxtı Bağdada xüsusi bir təyyarə ilə milyonlarla dollar olduğu irəli sürülən çantalar göndərilib.
Məlum olduğu kimi, təxminən 5 min vətəndaşın buraxılmasını nəzərdə tutan razılaşma vətəndaşları daşıyan avtobuslara edilən bombalı intihar hücumu ilə iflasa uğrayıb. 126 vətəndaşın öldüyü və 300 adamın yaralandığı hücumun ardından razılaşma təxirə salınınca, Qatarlı səlahiyyətlilər Bağdaddakı təyyarədə gözləməli olub. Bu arada Qatarlı səlahiyyətlilər İraqlı hava limanı polislərinin çantaları açmasına icazə verməyib. Təyyarənin hələ Bağdad hava limanında olduğu və 26 girovun təslim edilməsini gözlədiyi bildirilir.
Qatar Əmri Şeyx Təmim Hamad əl-Taninin ailəsindən 26 nəfər və xidmətçiləri 2015-ci ilin dekabrında İraqın Səudiyyə Ərəbistanı sərhədində şahinlə ov ovlarkən təxminən 100 silahlı adam tərəfindən qaçırılıb. O zaman qaçıranların şiə milis qrupu olduğu irəli sürülmüş, ancaq kimsə məsuliyyəti üzərinə götürməmişdi.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button