2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bağdadda şiə qrupların toqquşmasında 23 nəfər öldürülüb

Bu arada milyonlarla iranlı İraqda müqəddəs şiə yerlərinə illik ziyarətə hazırlaşır

Saytların yığılması Saytlarin yigilmasi

Bağdadda Yaşıl Zona deyilən ərazidə toqquşmalarda 23 nəfər öldürülüb. İraqın nüfuzlu din xadimi Müqtəda əs-Sədrin tərəfdarları İranın dəstəklədiyi rəqib şiə qrupları ilə artan gərginlik fonunda hökumət binalarına basqın edib.

Avqustun 29-da baş vermiş iğtişaşlarda azı 380 nəfər yaralanıb.

İğtişaşlar əs-Sədr siyasətdən gedəcəyini elan edəndən sonra başlanıb.

Avqustun 30-da İran İraqla quru sərhədlərini bağlayıb. Zorakılıq səbəbindən İrana uçuşlar da dayandırılıb.

Bu arada milyonlarla iranlı İraqda müqəddəs şiə yerlərinə illik ziyarətə hazırlaşır.

İran sərhədlərin bağlanmasını İraq şəhərlərində “iğtişaşları” və “komendant saatı”nın tətbiqiylə izah edib. İranlılara İraqa səyahət etməmək, İraqdakı iranlı zəvvarlara isə şəhərlərarası səyahətə çıxmamaq xəbərdarlığı olunub.

Küveyt də İraqdakı vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb. KUNA dövlət xəbər agentliyi İraqa getmək istəyənləri planlarını təxirə salmağa səsləyib.

BMT-nin İraqdakı Yardım Missiyası (UNAMI) iğtişaşları “həddən artıq təhlükəli eskalasiya” adlandırıb, tərəfləri “hadisələrin qarşısıalınmaz zəncirinə apara biləcək hərəkətlərdən çəkinməyə çağırıb”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button