2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Bahalaşma yeni devalvasiyaya hazırlıqdır?

Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirib.

24saat.org-un məlumatına görə, komitə sədri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: “Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir”.

Bundan öncə DGK-nin yaydığı məlumatda qeyd edilib ki, Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar komitə tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr – Rusiya, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilib. Əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumiyyətlə, son bir həftə ərzində rəsmi qurumlar kərə yağının bahalaşmasına müxtəlif izahlar veriblər. Bəzi ekspertlər isə bahalaşmanı inhisarçılıqla əlaqələndirirlər.

Lakin bunu yeni devalvasiyaya hazırlıq kimi də qiymətləndirənlər var. Bu qənaətdə olanlar hesab edir ki, sahibkarlar devalvasiyadan əvvəl tədbirlərini görməyə başlayıb. Qeyd edək ki, ikinci devalvasiya zamanı da oxşar olaylar yaşanmışdı. Hələ devalvasiya baş verməmiş ərzaq məhsullarının qiyməti qalxmışdı. Bəzi iddialara görə, bu tryuk hökumətin razılığı ilə həyata keçirilir. Məqsəd isə “devalvasiya qiymətlərə təsir etməyib” arqumentini möhkəmləndirməkdir. Əlbəttə təkcə kərə yağı bahalaşsaydı, o zaman rəsmi qurumların izahatlarına inanmaq olardı. Lakin digər məhsulların qiymətində də artım müşahidə olunur. Özü də bu rəsmi şəkildə təsdiqlənir. Məsələn, Dövlət Statistika Komitəsi məlumat yayıb ki, istehlak məhsullarının qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, ərzaq məhsullarının 17,9 faiz, qeyri-ərzaq mallarının isə 2,5 faiz bahalaşıb. Cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb.

Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Bu da devalvasyanın olacağı barədə ehtimalları möhkəmləndirir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button