2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bahar” Əməliyyat Şirkətinin özülündə qəza: 1 ölü, 3 yaralı olduğu bildirilir

Martın 20-də gecə saatlarında Qum adasında yerləşən “Bahar” Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə barədə Meydan TV-yə şirkətin əməkdaşları məlumat veriblər. Məlumata görə, qaynaqçı, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.

Məlumatı Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da təsdiqləyib. O, təşkilata bu barədə məlumat verildiyini bildirib: “Bizdə olan məlumata görə, Ayaz adlı qaynaqçı özülün dəliyindən dənizə düşüb. Bu zaman aldığı xəsarətdən dünyasını dəyişib. Digər şəxslərin olması barədə xəbərlər gəlir. Dəqiqləşdirmə aparırıq”

Bayram günləri olduğundan “Bahar” ƏŞ ilə əlaqə saxlamaq mümkün olmayıb.

Şirkət əməkdaşının bayram günlərində işləməsinə gəlincə, Mirvari Qəhrəmanlı bunu hüquq pozuntusu kimi dəyərləndirir:

“Bildiyim qədərilə Qum adasındakı köşklərdə, şəraitsiz bir yerdə işləyirlər. Ölkədə əmək hüquqlarının pozuntusu daha geniş yayılıb. Çox təəssüf ki, siyasi hüquqların pozulmasına daha çox diqqət ayrılır, nəinki sosial hüquqlara. O işçilər bayram günləri çalışmamalıydı. Əgər çalışırlarsa, işçinin öz yazılı razılığı və Həmkarlar İttifaqının razılığı əsasında ikiqat ödənişlə işləməlidirlər. Onları bayram günü işlətmək cinayətdir. Amma bu ölkədə Həmkarlar İttifaqı adlı qurumun adı var, özü yoxdur. Ölüm hadisəsi olub. Təəssüflər olsun ki, əhəmiyyət verən yoxdur. Ümumiyyətlə, bu Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı ləğv olunmalıdır. Bir iş görmürlərsə, niyə bu təşkilatlara o boyda vəsait sərf olunur? 23 ildir Səttar Mehbalıyev yapışıb o kreslodan, düşürə bilmirlər. Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının sədri Cahangir Əliyev 20 ildir o kresloda oturub. 2015-ci ildən bu yana neftçilər ölürlər, buna görə bir nəfər də məsuliyyətə cəlb olunmur”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button