2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bahar Muradova: Vətəndaş cəmiyyətinin inkişafı üçün ölkədə mükəmməl qanunvericilik formalaşıb

”Qanunvericiliyin icrasındakı problemlərin qanunvericiliyin problemləri kimi təqdim edilməsi ilə razı deyiləm”

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan hökuməti hər zaman mövcud problemlərin açıq, şəffaf müzakirəsinin tərəfdarı olub. Qanunların icrası üçün institusional dəstək təmin olunub. Biz ölkədə QHT-lərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılmasına nail olmuşuq”. 

Bu sözləri aprelin 18-də Milli Məclisin sədr müavini Bahar Muradova Avropa İttifaqı və Avropa Şurasının “Vətəndaş Cəmiyyəti Dialoqu” layihəsi çərçivəsində “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” mövzusunda keçirilən konfransda deyib. 

“Turan”-ın məlumatına görə, tədbir Bakıdakı “Fairmont” otelində baş tutub.

“QHT-lərin sərbəst fəaliyyəti üçün şərait yaradılıb”

Forumda Avropa Şurasının Demokratik İdarəetmə Direktorluğunun direktoru Klaudiya Luçianı, Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Avropa İttifaqının, Avropa Şurasının Bakı ofisinin rəhbərləri, Azərbaycan Prezident Administrasiyasının bölmə müdiri, Milli Məclisin deputatları, ABŞ və Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı səfirləri, çoxsaylı QHT təmsilçiləri iştirak ediblər.

Forumda AŞ ekspertləri tərəfindən “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” ilə bağlı tövsiyələr təqdim edilib.

Deputat Bahar Muradova bildirib ki, Azərbaycanın qanunvericiliyində, dövlət proqramında QHT-lərin inkişafı ilə bağlı müddəalar əksini tapıb. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirilir.

O, beynəlxalq ekspertlərin hazırladığı tövsiyələri müsbət qiymətləndirib. Vitse-spiker sənəddə qanunvericiliyin icrasındakı problemlərin qanunvericiliyin problemləri kimi təqdim edilməsi ilə razı deyil:

“Bunlara ayrı-ayrılıqda baxılmalıdır. Vətəndaş cəmiyyətinin inkişafı üçün ölkədə mükəmməl qanunvericilik formalaşıb. QHT-lərin sərbəst və müstəqil fəaliyyəti üçün şərait yaradılıb”.

Bununla yanaşı, B.Muradova QHT-lərlə bağlı qanunvericiliyin dərinləşdirilməsi ilə bağlı tövsiyələri düzgün hesab edir.

Çıxışlarda dialoq mühitinin genişləndirilməsinin QHT-lərin fəaliyyətinin gücləndirilməsinə müsbət təsir göstərəcəyi qeyd edilib.

 

“Əminəm ki, biz konstruktiv əməkdaşlığa nail olacağıq”

Prezident Administrasiyasının bölmə müdiri Elman Paşayevin fikrincə, QHT-lərin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tövsiyələr vətəndaş dialoquna nail olunması istiqamətində müsbət rol oynayacaq.

“QHT-lərin fəaliyyətinin gücləndirilməsi tək qanunvericilik məsələlərinin gücləndirilməsi ilə kifayətlənmir. QHT üzvlərinin peşəkarlığının, şəffaflıq və hesabatlılığın artırılması da vacibdir. Ümid edirəm ki, Avropa Şurasının tövsiyələrində bu məsələlər də əksini tapacaq. Əminəm ki, biz konstruktiv əməkdaşlığa nail olacağıq”, deyə o qeyd edib. 

“Tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır”

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev başçılıq etdiyi qurumun QHT qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində hər zaman töhfə verdiyini deyib. Onun sözlərinə görə, indiyədək QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər 3 əsas amillə bağlıdır:

Azay Quliyev
Azay Quliyev.

“Birincisi, donorların və QHT-lərin fəaliyyətində şəffaflıq maksimum artırılmalıdır. Bu sahədə qanunvericilikdə mühüm addımlar atılıb. İkincisi, donorların və QHT-lərin layihələri koordinasiya olunmalıdır. Elə hallar olub ki, eyni yerdə eyni layihəni bir neçə donor maliyyələşdirib. Üçüncüsü isə, milli təhlükəsizlik məsələləri ilə bağlıdır. Bir sıra hallarda qrantlardan QHT adı altlında radikal dini qurumları, terror təşkilatlarını dəstəklənməkdə istifadə olunub. Bu baxımdan qanunvericilikdə edilən dəyişikliklər başa düşülməlidir. Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşir. Azərbaycanın heç də asan olmayan qonşuları var. Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır”.

Quliyev eyni zamanda Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra müsbət addımlar atıldığını, vahid pəncərə sisteminin qəbul edildiyini deyib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button