2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Baharın ilk çərşənbəsidir-Su çərşənbəsi

Bu gün, fevralın 21-də Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir. Çərşənbələr Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Adətə görə, Novruz bayramına dörd həftə qalmış dörd ünsür – su, od, yel və torpaqla bağlı sayılan çərşənbələr təntənəli şəkildə keçirilir.

Su çərşənbəsində hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər. Bu çərşənbəsi axşamı süfrəyə təmiz su qoyurlar. Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin başqa adətləri də var. Bu çərşənbədə adətən arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Azərbaycanda bu il fevralin 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

2023-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button