2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakalavr və magisraturaya ixisas seçimi başa çatır

Ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

24saat.org Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, ixtisas seçimi iyulun 30-da başlayıb. Müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 3786 nəfərdir. 13 avqust saat 10:00-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 14392, II qrup üzrə 10829, III qrup üzrə 12185, IV qrup üzrə 3548, V qrup üzrə isə 3538 nəfərdir. Ümumilikdə, 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün həmçinin Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatır.

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA magistraturalarının boş qalan yerlərinə qəbul fevralın 25-də və iyunun 3-də keçirilən ikimərhələli qəbul imtahanında toplanılan ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Avqustun 13-ü saat 9:25-ə olan məlumata əsasən, 570 bakalavr elektron ixtisaslaşma seçimi ərizəsini təsdiq edib.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button