AZ24SAAT.ORG

 
 
Now Reading:
Bakcell “Cümhuriyyət hədiyyəsi” adı ilə oğurluq edir – FOTOLAR

Bakcell şirkəti abunəçilərinin cibinə girməkdə davam edir.

24saat.org xəbər verir ki, Bakcell ötən ayın əvvəlində Cümhuriyyətin 100 illiyi münasibətilə abunəçilərinə 5 GB internet hədiyyə etdiyi barədə müştərilərinə sms göndərib. Ancaq bu “hədiyyə” abunəçilərə hələlik 10 AZN-ə başa gəlir. Belə ki, Bakcell-in ötən ay “hədiyyə” verdiyi 5 GB-lik internet paketi hər ay avtomatik yenilənir və abunəçilərin balansından dərhal 10 AZN silinir.
Bunu Bakcell müştəri xidmətlərindən də təsdiqləyiblər. Xidmətin əməkdaşı bildirib ki, “hədiyyə” paket dayandırılmasa, hər ay balansdan 10 AZN silinməyə davam edəcək.

Bakcell abunəçisi Rəşad Əliyev isə bildirir ki, ötən gün sözügedən internet paketini ləğv etmək üçün verilmiş kodu “*444#0#YES” yığdıqdan sonra ona sürətin ləğv edildiyi barədə SMS gəlib. Buna baxmayaraq, bu gün – iyunun 4-də internet paketinin yenilındiyi və balansdan 10 AZN çıxıldığı barədə bildiriş alıb.
Sosial şəbəkələrdə yazılan satuslardan məlum olur ki, küləviləşmiş oğurluq halı abonentlərin ciddi narazılığına səbəb olub.
Mövzunu araşdırmağa davam edəcəyik.

Günel Məmmədova
24saatorg

 

 

 

 

 

 

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.