Now Reading:
“Bakcell” geri addım atdı

“Abunəçilərə pulsuz təqdim edilmiş 5 GB internet paketinin müddəti daha 1 ay hədiyyə olaraq uzadılıb”

“Cümhuriyyətin 100 illiyi ilə bağlı müəyyən qrup abunəçilərə pulsuz təqdim edilmiş 5 GB internet paketinin müddəti daha 1 ay hədiyyə olaraq uzadılıb və bunun üçün nömrələrin balanslarından heç bir vəsait çıxılmayıb”.
Bu barədə 24saat.org-a Bakcell-in Mətbuat Xidmətindən bildirilib. Xidmətdən Bakcell şirkəti tərəfindən ötən ay hədiyyə kimi verilmiş internet paketinin bu ay avtomatik yenilənməsi ilə bağlı 24saat.org-un yazısına münasibət bildirilib. Qeyd edilir ki, bu barədə abunəçilərə avtomatik qaydada daxil olmuş SMS məlumat xarakteri daşıyır. “Bu şablon SMS-də paketin müvafiq vəsaitin müqabilində uzadılması qeyd edilsə də, hədiyyə paketinin müddəti hətta balansında vəsait olmayan nömrələrdə də uzadılıb”.

Qeyd edək ki, 24saat.org-un yazısında bildirilirdi ki, Bakcell şirkətinin hədiyyə paketi yenilənən zaman balansdan 10 AZN çıxılır. Məsələni Bakcell müştəri xidmətlərindən də təsdiqləyərək bildirimişdilər ki, “hədiyyə” paket dayandırılmasa, hər ay balansdan 10 AZN silinməyə davam edəcək. Bu isə abunəçilərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə və mediada kütləvi narazılıq ifadə edən yazılar yer alıb. Bundan sonra isə Bakcell hədiyyə paketinin müddətini daha bir ay uzatmğa qərar verib.

Günel Məmmədova
24saat.org

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.