2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bakı 194 şəhər arasında 170-cidir

Numbeo beynəlxalq portalı öz reytinqinə daxil olan şəhərlərin siyahısını genişləndirməyə davam edir. Avqust ayında şəhərlərin sayı artıq 194 idi (iyulda 192, iyunda 187).

Qeyd edək ki, Numbeo – dünyanın müxtəlif ölkələrindən istifadəçilərdən əldə edilən məlumatlar əsasında reytinq tərtib edən nəhəng bazadır. Postsovet məkanı ölkələrinin paytaxtları və Azərbaycan ilə qonşu olan böyük şəhərlər reytinqdə geriləyib. Yalnız Bakı şəhəri istisnadır.

Saytların yığılması Saytlarin yigilmasi

Digər son aylarda olduğu kimi avqust ayında da həyat səviyyəsinə görə ilk pillədə Vellinqton (Yeni Zellandiya), ikinci pillədə isə Kanberra (Avstraliya) şəhəri yer alıb. Və yenidən son, yəni 194-cü pillənin sahibi Karakas (Venesuela) olub. Bundan əlavə, Nayrobi (Keniya) 193-cü, Dakka (Banqladeş) 192-ci, Pekin (Çin) 191-ci pillədə qərarlaşıb.

Bakı şəhəri iyul ayında olduğu kimi avqust ayında da 170-ci pillədə yer alıb. Ekspertlər yenidən əhalinin aşağı səviyyəli alıcılıq qabiliyyəti indeksini, orta səviyyəli sağlamlıq indeksi, ucuz həyat şərtini (başqa sözlə desək, əcnəbilər üçün bu şəhər rahatdır, xərc azdır), mülayim iqlim və ətraf mühitin yüksək çirklənmə həddini qeyd edib. Bakı şəhərinin təhlükəsizlik üzrə göstəricisi dəyişməz qalıb. Təhlükəsizlik yüksək olaraq qeyd edilib.

Digər şəhərlər isə reytinqdə geriləyib. Belə ki, Tehran 186-cı (iyulda 182-ci), Sankt Peterburq – 157-ci (iyulda 154-cü), Мoskva – 174-cü (iyulda 172-ci), İstanbul – 147-ci (iyulda 145-ci), Kiev – 172-ci (iyulda 171-ci), Tbilisi – 153-cü (iyulda 147-ci), Almata – 163-cü (iyulda 160-cı), Minsk – 111-ci (iyulda 109-cu), Riqa – 109-cu (iyulda 104-cü), Vilnüs – 95-ci (iyulda 94-cü), Yerevan – 142-ci (iyulda 141-ci), Tallin – 59-cu (iyulda 58-ci) pillədə yer alıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button