Now Reading:
Bakı aeroportu silahlı mühafizə altına alındı

Bakı aeroportu silahlı mühafizə altına alındı

Heydər Əliyev Beynəlxalq Hava Limanında fövqəladə təhlükəsizlik rejimi tətbiq edilib.

24saat.org  virtualaz.org-a istinadən bildirir ki, aeroportun girəcəyində silahlı mühafizə postları qurulub.

Ölkənin əsas hava limanına yalnız uçmaq üçün bileti olan sərnişinlər buraxılır və biletlər ciddi şəkildə yoxlanılır.

Bundan başqa, bütün sərnişinlər ikiqat yoxlamaya məruz qalırlar. Silahlı hərbçilər sərnişinlərin yüklərini və avtomobillərini xüsusi vasitələrlə yoxlayırlar.

Xatırladaq ki, ondan bir az əvvəl Bakının Heydər Əliyev prospektində maşınların hərəkəti dayandırılmışdı.

Buna səbəb bomba həyəcanı olmuşdu. Belə ki, polisə zəng edərək prospektdəki körpüyə bomba qoyulduğu məlumatı verilmişdi.

Bu səbəbdən də əraziyə FHN əməkdaşları, təcili yardım maşınları və polislər cəlb olunmuşdu.

Amma bir saatlıq axtarışdan sonra ərazidən heç nə tapılmamışdı.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.