2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə qadınlara qarşı soyğunşuluq etməkdə təqsirləndirilən Rəşad Məlikovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 21-ə təyin edilib. Binəqədi rayon sakini Rəşad Məlikov bu ilin iyun ayında Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, R. Məlikov Nəsimi rayonunda 6 qadına qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Yalçın İmanov

Tikanlı məftil boyu topa-topa yerə tökülmüş sərçələr qeyri-adi işgüzarlıqla, dəli ümidlə yem axtarır. Arada hansısa xırda yemək qalığı tapır, güman ki, ya məhbus yaxınlarının iri ərzaq bağlamalarından atılıb, ya da girişdəki iri darvazanın keşiyini çəkən cins itə verilən tikələrin israf olunmuş artığındandı, dərhal hamısı ora cəm olur, mübahisə edirlərmiş kimi həmin tikəni bölməyə cəhd eləyirlər. Alınmır, bölgü baş tutmur, nisbətən diribaşları tikəni balaca dimdiklərilə parçalayıb, xırda hissələrlə tez-tez udur, əksəriyyətsə hirslə hoppana-hoppana obaşa gedir, bubaşa qayıdırlar…
Bir az o tərəfdəsə, azadlıqla məhkumluğun bu zərif sərhəddindəki canlı, diri həyat elementlərindən heç bir əsər-əlamət yoxdu. Qobustan həbsxanasının iri, yöndəmsiz tövlələri xatırladan, əhənglə ağardılmış divarları belə miskin köhnəliyini gizlətməyən tikililəri arasında minillik sükut hökm sürür. Qu desən qulaq tutular. Bu dərin, minillik sükutu, məhbus işçilərin “peredaça” daşıyan araba cırıltıları, nəzarətçilərin qısa, keçmişdən gələn hökmlü əmrləri pozur…
Tikanlı məftillərin bir addımlığında üzbəüz dayanmış iki fərqli dünyanın kəskin və təzadlı abi-havası adama tarixin heyrətamiz və amansız qanunauyğunluğunu, harmoniyasını nəql eləyir…

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Uzun illər həbsdə qalan məhbuslar daxili qaydalar tələb elədi-eləmədi, nəzarətçi müşayiəti oldu-olmadı, əlləri arxalarında cütləşmiş halda, itaətkarcasına, başlarını yana əyib gəzirlər. Cəzaçəkmə müəssisələrində belə insan mənzərələrinə tez-tez rast gəlmək mümkündü. Bu duruş, vərdiş halını almış itaətkarlıq insanın azadlıq hissini qarət edir bir yandan. O biri tərəfdən də, insan təbiətinin izahı olmayan gizli qatlarını, mətləblərini açır. İstənilən halda, hər cür vərdiş və asılılıq, bədəndəki yad cisim kimi azadlığın sərhədlərini əhəmiyyətli dərəcədə daraldır. Asılılıqlardan qurtulmadan /emansipasiya/, azadlığın həyatın/m/ıza xalis gəlişi mümkün deyil.

***

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında üç qadın dalaşır. İki nəfər, bir yaşlı və bir orta yaşlı, danışıqlarından belə başa düşülür ki, onlar zərərçəkmişlərdi, bir orta yaşlıya, ona ünvanlanan ittihamlardan və özünü müdafiədən belə anlaşılır ki, o təqsirləndiriləndi, qarşı. Polislər əlbəyaxa olan qadınların arasına girib onları aralayır. Zərərçəkmiş təsiri bağışlayan qadınlar, təqsirləndirilən təsiri bağışlayana həyacandan nəfəsi təngişə-təngişə: “Sən “möşennik”sən, bu məhkəmə deyil, bunlar (əliylə məhkəmənin binasını göstərir) anonim məhkəmələrdi, elə bilirsən, 10 min verib çıxmaqla canını əlimizdən qurtarassan?!”.
Məhkəmələrin azad, qeyri-müstəqil və qərəzli olması haqda çoxlu epitetlər, bənzətmələr oxuyub, eşitmişdim, amma “anonim məhkəmə” nəsə yeni bir şeydi.
Ümumiyyətləsə, Bakı Ağır Cinayətlər Məhkəməsi özü bir fenomendi. Hətta bu binanın qarşısında ruku halında dayanıb, mərhəmətli cənablardan azadlıq sədəqəsi də diləmək olar…

***

Azadlıq fərdi işdi, bəlkə də proses. Gərək onun daxılına gündəlik nəsə atasan, yoxsa, bankrot qaçınılmazdı. Azadlığın əvəzedicisi olmur, amma o da məhsul kimi bir şeydi, vaxtı keçsə, zay ola, bütün əziyyətləriniz, zəhmətiniz hədər gedə bilər. Başın(m)ız o qədər demokratiya oyunlarına və oyunçularına qarışdı ki, əsas iş yaddan çıxdı…
…Azadlıqla məşğul olun!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button