2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakı Apellyasiya Məhkəməsində Niyaməddin Əhmədovun işinə baxılır

Bakı/02.02.22 Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə ilkin iclas keçirilib.

Bugünki məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Ailə üzvləri isə prosesdə iştirak ediblər.

Prosesdən sonra Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, bugünki prosesdə o və müdafiə elədiyi şəxs baş verən pozuntuları məhkəmənin diqqətinə çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Niyaməddin də çıxış elədi. Məruz qaldığı pozuntuları, işgəncələri səsləndirdi”, deyə vəkil bildirib.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov də jurnalistlərə bildirib ki, dövlət ittihamçısı qərarın qüvvədə qalmasını istəyb.

Bugünki məhkəmə prosesində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də iştirak edib.

“Niyaməddin Əhmədov mənim ictimai əsaslarla mühafizəçim olub. 2019-cu il 19 oktyabr mitinqində Tofiq bəylə bərabər sona qədər ləyaqətlə məni müdafiə eləməyə çalışıb. Ona görə də hökümətin qəzəbinə gəlib. İndi bütün vasitələrlə çalışırlar ki,  haqq söz az eşidilsin. Bütün dava ondan ötrüdür. Bu gün Niyaməddin Əhmədov atasının da, mənim də iştirakım ilə bütün detalları ilə danışdı. Dəhşətə gəldik. Həddən artıq ağır işgəncələrə məruz qalıb. Dəfələrlə işgəncələr altında özündən gedib”. 

Mahiyyəti üzrə məhkəmə prosesi martın 2-nə təyin edilib.

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edilib. Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button