2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bakı Astara yolu pullu olacaq

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə məlumatı açıqlamasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, yolun bir hissəsində artıq işlər yekunlaşıb: “Yolun Yenikənd-Salyan hissəsi hazırdır, Salyan-Şorsulu hissəsində işlər yekunlaşır. Yolun Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələri də hazırdır, Lənkəran-Astara hissəsində də işlər artıq bitir”.

A.Nəcəfli bildirib ki, magistral avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsində işlər davam etdirilir: “Yol gələn il istifadəyə veriləcək. Yolun uzunluğu 174 kilometrdir”.

Xatırladaq ki, daha öncə qurumun mətbuat rəsmisi yeni tikilən 174 km-lik Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun gələcəkdə ödənişli olması barədə Trend-ə bildirmişdi. Məlumata görə, yolun hər kilometri üçün ödəniş avtomobillərin ölçüsü və çəkisindən asılı olaraq, 4-7 qəpik planlaşdırılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button