2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakı atəşkəsin yenidən pozulduğunu deyir, Yerevansa təkzib edir

Müdafiə Nazirliyinin oktyabrın 16-da yaydığı məlumatda Laçın, Kəlbəcər və Tovuz rayonlarındakı Azərbaycan ordusunun mövqelərinin Ermənistan tərəfdən atəşə tutulduğu bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Atəşin müxtəlif çaplı silahlardan açıldığı qeyd olunur.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”-Azərbaycanın Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyi isə məlumatı təkzib edir və bildirir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərinə atəş açmayıb. Məlumatda vurğulanır ki, Bakı gündəlik belə məlumatları yaymaqla sərhəddə gərginlik yaratmağa çalışır.

“Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan mövqeləri istiqamətində atəş açmayıb və Azərbaycan Müdafiə Nazirliyinin hər gün bu cür dezinformasiyalar yayması sərhəddə süni gərginlik yaratmaq cəhdindən başqa bir şey deyil”, – Ermənistan Müdafiə Nazirliyinin məlumatda bildirilir.

Bu il sentyabrın ortlarında Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verib.

Hərbi əməliyyatlar nəticəsində çox sayda əsgərin həlak olduğu xəbər verilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button