2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Gülən şəbəkəsinə təslim

Türkiyədə hərbi çevrilişə uğursuz cəhd edən FƏTÖ təşkilatının Azəprbaycandakı qolları haqqında hər gün daha çox məlumatlar yayılmaqdadır. Qeyd edək ki, Azərbaycandpa Fətulla Gülənə aid olan məktəblər artıq qapanıb və yaxud da dövlət nəzarətinə keçib. Lakin heç kimə sirr deyil ki, Gülənə aid şəbəkə tək məktəblərdə yerləşməişdi. 20 ildən artıq bir zaman kəsiyndə Gülən şəbəkəsi Azərbaycanın bir çox dövlət qurumlarında yerləşib və bu gün bu şəbəkənin ifşası əsas məsələrdən biri hesab olunmaqdadır.

Azərbaycanda Pensilvaniyadan gələn əmrlərlə oturub duran dövlət qurumlarından biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dir. Daha doğrusu QSC-nin baş direktoru Taleh Ziyadov və baş direktorun müşaviri İlham Mehrəliyev Gülən şəbəkəsinin gizli nümayndələri olaraq Pensilvaniyadan gələn təlimatlara əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarə edirlər. Pensilvaniyadan gələn tapşırıqlarla hərəkət edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Güləndən aldığı məxfi direktivə əsasən bir il müddətində ölkədə fəaliyyət göstərən bütün limanları öz monopoliyası altına almaq üçün çalışıb.
İlham Mehrəliyevə gəlincə isə, bu şəxs əvvəllər Gülən camaatına aidiyyatı ilə tanınan “Modern Qrup”un rəhbəri olub. Sonradan öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi olub. Təqribən bir il əvvəl isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müşaviri vəzifəsinə təyinat alıb. İlham Mehrəliyev barədə Gülənçilərə qarşı uzun illər boyu mübarizə aparan və Gülən şəbəkəsi barədə azərbaycan və türk dillərində iki kitab nəşr etdirən “Yenisag.az” saytının baş redaktoru Aqil Ələsgər Gülən şəbəkəsi haqqında yazdığı “FETÖ-nün Azərbaycandakı məmur “nüfuz agentləri” – Adlar – Ceyhun Osmanlı “Samanyolu”na 800 dolları niyə bağışladı? – III Yazı” adlı son məqaləsində göstərir ki, İlham Mehrəliyev Fətulla Gülənin azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamlarından biridir. Sitat: “İlham Mehrəliyevi tanıyırsınızmı? Modern Qrupun rəhbəri idi. Sonra öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi oldu. Hazırda isə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında müşavirdir. Bir-iki ilin içərisində bu qədər sürətli vəzifə dəyişiminin səbəbi nədir? Bu şəxsi niyə birdəfəlik uzaqlaşdıra bilmirlər? Azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamı olduğuna görə, ola bilərmi?”.

111
Bir il əvvəl Taleh Ziyadova və İlham Mehrəliyevə Pensilvaniyadan gələn təlimat Azərbaycanda və həmçinin İran istisna olmaqla mümkün olduqca Xəzər dənizinin limanlarını nəzərətə götürmək olub. İlk olaraq isə Taleh Ziyadov Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı bütün limanları öz nəzarətinə götürmək üçün mübarizəyə başlayıb. Lakin onun bu istəyi tam olaraq reallaşmayıb. Çünki Taleh Ziyadovun bu hədəfi bəzi məmurların maraqlarını təmin etməyib. Nəqliyyat naziri Ziya Məmmədov kimi, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev kimi güclü fiqurlarla üz-üzə gələn Taleh Ziyadov geri addım atmağa məcbur olub. Buna baxmayraq Taleh Ziyadov və İlham Mehrəliyev bu gündə limanlara nəzarəti ələ keçirmək üçün mübarizə aparmaqda davam edirlər.
Uzun illər boyu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də çalışdığını bildirən mənbə qeyd edir ki, Taleh Ziyadov və İlham Mehrəliyev cütlüyü QSC-yə rəhbər gətirildikdən sonra limanda uzun illər boyunca çalışan peşəkar işçiləri gözümçıxdıya salınıb, peşəkar işçilərin böyük qismi əsaslı səbəb olmadan işdən qovulub. Onların yerinə isə əsasən Gülən şəbəkəsi ilə bağları olan təcrübəsiz gənclər işə qəbul olunub. Qeyd edək ki, hələ bu ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin bir qrupp işçisi Taleh Ziyadovun özbaşınalıqları ilə bağlı ölkə prezidentinə müraciət imzalamışdılar. Həmin müraciət mətbuatda da dərc olunmuşdu.
Növbəti yazımızda oxuyacaqsınız:
Ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dən Pensilvaniyaya nə qədər “himmət parası” ödənilib?..
Ələt limanındakı böyük korrupsiyanın silinməyən izləri hara aparır?..

Saytların yığılması Saytlarin yigilmasi

Anaxeber.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button