2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının buliki qaliblərinə pul mükafatı verilməyib

Yayımlandı: 18 Noyabr 2022 17:42

Fehruz Şamıyev: “Bu il büdcəmiz imkan vermədi ki, festivalda pul mükafatı elan edək”

Noyabrın 11-dən 15-dək keçirilən ənənəvi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ilə bağlı narazılıq olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV-nin əldə etdiyi məlumata görə, artıq on üçüncü dəfədir keçirilən festivalın builki qaliblərinə pul mükafatı verilməyib.

Pul mükafatının məbləği 5 min manatdır.

Festivalın təsisçisi və rəhbəri Fehruz Şamıyev Meydan TV-yə açıqlamasında bunu maliyyə problemləri ilə əlaqələndirib:

“Festivalın təsisçisi Gənc Kinematoqrafçılar Mərkəzidir. Biz hər il öz büdcəmizdən – müxtəlif layihələrdən qazandığımız pullardan və yaxud da kommerisya işlərindən festivala 5 min manat pul mükafatı təyin edirdik. Bu il isə büdcəmiz imkan vermədi ki, festivalda pul mükafatı elan edək”.

Festivalda hər il müxtəlif ölkələrdən kino nümayəndələri qatılır.
Builki kino tədbirində 79 ölkədən 814 film qatılıb.
32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.
Qaliblərin adları noyabrın 15-də açıqlanıb.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

2022-ci ildə kinoya dövlət büdcəsindən 6 milyon yarım manat pul ayrılıb.

Mədəniyyət Nazirliyinin dəstək olduğu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının keçirilməsi ilə əlaqədar maliyyə ayırıb-ayırmaması məsələsinə münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button