24saat.org Bakı Dövlət Universitetində növbəti rəzalət - ABEL MƏHƏRRƏMOV QOÇU DƏSTƏSİ SAXLAYIR? - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Bakı Dövlət Universitetində növbəti rəzalət – ABEL MƏHƏRRƏMOV QOÇU DƏSTƏSİ SAXLAYIR?

Bakı Dövlət Universitetində növbəti rəzalət – ABEL MƏHƏRRƏMOV QOÇU DƏSTƏSİ SAXLAYIR?

Bakı Dövlət Universitetində növbəti dəfə elm və təhsil adına yaraşmayan insident baş verib.

24saat.ORG saytı xəbər verir ki, ölkənin birinci təhsil ocağında növbəti dəfə səlahiyyət sahibinin mədəniyyətsizliyini və əxlaqsızlığını sübut edən audio-dəlil sosial mediaya ötürülüb.

Meydan Tv-nin yayımladığı səs yazısından məlum olur ki, BDU Şərqsünaslıq fakültəsinin dekan müavini Məmmədzadə Cavanşir Nadir oğlu BDU çalışanı olan şəxslə sözün əsl mənasında küçə əxlaqına uyğun tərzdə danışır, onu universitetdən qovdurmaqla, hətta döyməklə hədələyir. Bu azmış kimi qanunları da “adamın bir tərəfinə soxarlar” deməyə cəsarəti çatan Məmmədzadə, daha sonra həmsöhbətini aşağılamaq məqsədi ilə “mən və başqaları burda olduğu müddətdə qoymarıq ki, Şəkinin hansısa kəndindən gəlib burada at oynadasan” təhdidini dilə gətirir.

Təbii ki, küçə əxlaqına malik şəxsin iddia etdiyi “başqaları”nın kimdliyi hələlik heç kimə məlum deyil. Lakin BDU-da bir ildə 3 eyniformalı insidentin yaşanması düşünməyə əsas verir ki, C. Məmmədzadənin arxalandığı şəxslər arasında rektor Abel Məhərrəmov da yer alır.

Onu da qeyd edək ki, son zamanlar BDU-ilə bağlı yayılan qalmaqallı faktların hər birində təhdid ünsürünün olması Abel Məhərrəmovun universitetdə baş verən özbaşınalıqları ört-basdır etmək üçün rəvac verdiyi düşünülmüş taktikaya bənzəyir.

24saat.ORG saytı BDU-da baş verən hadisənin səs yazısını təqdim edir:

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.