2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakı İnsan Hüquqları Klubu fəalların həbsini pisləyib

Bakı/11.10.21 Bakı İnsan Hüquqları Klubu (BİHK) bəyanat yayaraq müxalif fəalların həbsi ilə bağlı narahatlığını bildirib.

Xüsusən, sənəddə Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsindən, elə həmin partiyanın üzvü Fuad Əhmədlinin və dini fəal Kamran Kərimovun 30 gün və reportyor Anar Abdullanın 15 gün müddətinə inzibati həbsindən bəhs edilir.

BİHK-nin apardığı monitorinq və cinayət işinin materialları Əhmədova qarşı terrorçuluğu maliyyələşdirmə ittihamının sübuta yetirilmədiyini hesab etmək üçün əsas verir. Buna görə ittihamlar obyektiv və hərtərəfli araşdırılmalı və onlara yenidən hüquqi qiymət verilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Abdulla, Əhmədli və Kərimovun həbslərinə gəlincə, BİHK onların ictimai fəaliyyətlərinə görə həbs edildikləri qənaətindədir. Yuxarı instansiya məhkəmələri lazımi addımları atmalı, ədalətli qərarlar qəbul etməlidir.

BİHK dövlət qurumları ilə əsassız həbslər və azadlıqdan məhrumetmələr məsələsini müzakirə etmək və problemin həlli və gələcəkdə bu cür halların təkrarlanmasına yol verilməməsi üçün təkliflərini təqdim etməyə hazırdır. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button