2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimi

Bakı İstintaq Təcridxanasında baş verən inanılmaz olaylar – SIZINTI

I YAZI

Pentensiar Xidməti rəisinin diqqətsizliyi, yoxsa BİT yetkililərinin hegamonluğu?

Təxminən 5 il əvvəli xatırladım. Bakı İstintaq Təcridxanasının rəisi olmuş və hazırda təqaüddə olan ədliyyə polkovniki Elxan Sadıqovla Pentensiar Xidmətin rəisi Mədət Quliyev arasında gedən “soyuq savaş” o həddə çatmışdı ki, general polkovniki bu vəzifədən çıxarmaq üçün sonunda ona “torba tikmək” zorunda qaldı. Və təqaüd yaş həddi keçməsinə baxmayaraq, əlavə vaxt uzatmasına nail olan Sadıqov artıq düşdüyü kritik vəziyyətdən ən yaxşı çıxış yolunun təqaüdlə nəticələnməsi olmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin o, ədliyyə naziri Fikrət Məmmədovla həmyerli və dost olması səbəbindən yol verdiyi ciddi nöqsanlara rəğmən barəsində başqa ölçü götürülmədi və sakitcə uğurlandı. Əslində, xidmət rəisinə də elə bu lazım idi. Çünki illərdir nazirin türmə rəisinin üstünə toz qondurmaması səbəbindən rəhbərlik yanında toxunulmazlıq statusu var idi.

Bu gün də oxşar proseslər davam edir. Buna tarixin “təkrarlanması” da demək olar. Bəhs edəcəyimiz mövzuya 5 il əvvəldan başlamağımız da səbəbsiz deyil. Çünki Elxan Sadıqovun komandasında təmsil olunmuş şəxslər yeni təyin olunmuş BİT rəisi Azər Seyidovun istintaq təcridxanasında apardığı ciddi islahatlar zamanı başqa cəzaçəkmə müəssisələrinə sözün həqiqi mənasında pərən-pərən düşmüş, qalanların isə naqis əməllərini bir kənara qoyub sakit xidmət etdiklərini göstərsələr də, Polkovnik Seyidovun vəzifədən çıxarılması səbəbindən yenidən BİT-ə dönmələri və əvvəlki anarxiyanı yaradaraq külli miqdarda gəlir əldə etmələri ortadadır. Köhnə komandada təmsil olunan, həmin vaxt türmənin Rejim İdarəsinin rəis müavini olmuş, işində yol verdiyi bəzi nöqsanlara görə Qobustan həbsxanasına “sürgün” edilən ədliyyə mayoru Cəlal Talıbov da yenidən BİT-də zühur edib. Özü də türmənin ən “yağlı” və həssas sahəsinə, azyaşlılara nəzarətə qaytarılıb….

Görüş 100-300 azn

Bəhs etdiyimiz Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin 95 faizi istintaq dövründə olan insanlardır. Yəni onlar istintaq aparan orqanın təqdimatı əsasında məhkəmə tərəfindən seçilmiş həbs qətiimkan tədbiri ilə saxlanılırlar. Bu şəxslərin yaxınları, daha dəqiqi yalnız yaxın qohumları ilə görüşməsi nəzərdə tutulur, o hal da ki, istintaqın gedişinə mane olmayacağı halda və yalnız müstəntiq tərəfindən verilmiş icazə vərəqi ilə, sivil qaydalara uyğun olaraq şüşə arxasından telefonla danışaraq mümkündür. Qanunvericilikdə yaxın qohum anlayışında yalnız ailə üzvləri nəzərdə tutulur. Ancaq BİT-də müstəntiqin icazəsi yalnız pul verməyən, onların təbrincə desək, demaqoq vətəndaşlara şamil olunur. Digərlərinə isə 3 nəfərdən çox olmayaraq, adam başına 100 azn, tək olduqda isə 200 azn verməklə açıq görüş verilir. Bu da müəyyən müddətə azadlıqdan məhrum edilmiş və “zon”a getməyib BİT-in Təsərrüfat Briqadasında işləyən, illərdir yaxınları tərəfindən ziyarət olunmayan məhkumların adı qeydiyyata salınaraq guya həmin ziyarətçilər onun yanına gəlibmiş kimi qeydiyyat kitabına salınaraq istintaq altında saxlanılan şəxslə görüşdürülür.

Saxlanılan məhkumların ailəvi görüşüüçün nəzərdə tutulan 4 otağı isə sözügedən “burjuy” görüşləri zamanı istifadə edilir. İddiaya görə hətta həmin “burjuy” saxlanılan şəxsin yanına xanım ziyarətçilər də gələ bilir. Bəhs etdiyimiz otaqlar isə evro remont olunmuş təxminən 25-30 kv metr həcmində hamamı və saunzeli, otaqda ikinəfərlik yataq dəsti olan otaqlardır. Bu otaqlara görüş yerində olan və dustaq tərəfindən aylıq icarə verilməkdə işlədilən çayxanadan çay verilməklə əlavə çaya görə 5 manat pul alınır. Görüş yerinin nəzarəti isə BİT rəisi otağından kamera vasitəsi ilə izləməklə yanaşı, çöl qapıya və içəriyə rəhbərlik edən 2 ayrı-ayrı şəxslər tərəfindən aparılır. Bayıra baxan ədliyyə giziri Elşad və içəriyə baxan isə ədliyyə giziri Malik adlı şəxslərdir. Bunların illərdir başqa postlara deyil, məhz həmin posta çıxmaları da həmin yerdə işi rüşvət üzərində yaxşı qura bilmələridir.

24saat.org

Ardı var…

Növbəti yazılarımızda bunları oxuyacaqsınız:

-İstintaq otağına vəkil ilə görüşə gətirilən dustaq necə soyulur?

-“Karantin” dövrüyəsi nə qədər olmalıdır və burada nə qədər olur?

– 5-ci korpusun 1-ci mərtəbəsində saxlanılan dustaqlara hansı şərait yaradılır?

-Həkimlərin baralqin, lirika və dustaqlar arasında “bakuş” deyilən baqlafin dərmanları hansı formada və neçəyə satılır?

-İşində nöqsanlara yol verdiyi üçün başqa cəzaçəkmə müəssisəsinə yeri dəyişdirilən Cəlal Talıbov Baş Nazirin hansı müavininin xalası oğludur və həmin səlahiyyət sahibinin adından necə istifadə edir?

-Təsərrüfat Briqadasında saxlanılan dustaqların nə üçün yalnız 30 faizi işçü qüvvəsi, qalan hissəsi isə 2-3 min manat arası pul verərək hər ay 200 azn verərək qalmağa, gündəlik telefondan istifadəyə isə əlavə məbləğ ödəyən “burji”dustaqlar əsasən 5, 8,9,14,15,16-cı otaqlarda saxlanılır. Ora dustaqlar arasında “xoz” və “sanatoriya”da deyilir…

-“Sançast” kimi tanınan tibb hissəsində kondisionerli otaqlarda qalmağın qiyməti nə qədərdir?

Mütləq izləyin və görün ki, Bakı İstintaq Təcridxanasında nələr yaşanılır…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button