2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı Lift idarəsinə yeni rəhbər təyin edildi

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib.

Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

24saat.org xəbər verir ki, bunu xəbəri Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.ü

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.İki gün əvvəl Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb. BŞİH-nin mətbuat xidmətindən daxil olan məlumata görə, İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Bakı şəhər Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lift-Təmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı Bakı şəhər Baş Prokurorluğunda cinayət işi açılıb.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button