2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakı mədənlərdə monitorinqin baş tutmamasına görə Rusiyaya nota verib

Nazirlik rəsmisinin dediyinə görə, Rusiyaya təqdim olunan notada sülhməramlı kontingentin bütün fəaliyyətində Azərbaycanın suverenlik və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmamasına görə Bakı Moskvaya nota verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəyə istinadla Azərtac məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Rəsmi Bakı bildirir ki, həmin ərazilərdəki mədənlərdə, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur.

Nazirlik rəsmisinin qeyd etdiyinə görə, əldə olunmuş razılığa baxmayaraq dekabrın 10-da Rusiya sülhməramlı kontingentin heç bir tədbir görməməsi fonunda yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.

Nazirlik rəsmisi elə bu vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə müvafiq nota təqdim etdiyini bildirib.

Xəbərdə qeyd olunur ki, Azərbaycan tərəfinin notasında “əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib.”

O cümlədən “belə səfərə maneə törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.”

Məlumatda o da vurğulanır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bir neçə gün əvvəl Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin bir qrup eksperti Rusiya sülməramlılarının müvəqqəti nəzarət bölgəsindəki ərazidə bir neçə faydalı qazıntı yatağında qanunsuz istismara və ekoloji çirklənməyə nəzarət məsələsini gündəmə gətiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, dekabrın 3-ü və 7-də sülməramlı kontingentin rəhbərliyi ilə görüşdə nazirlik nümayəndələri dekabrın 10-da adı bir neçə mədəndə monitorinq aparacaqlarını bildiriblər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button