Loading...
Loading...
ManşetSiyasətXəbərlər

Bakı meri bu şəxs ola bilər

Yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat gözlənilir.

24saat.org-a daxil olun məlumata görə, artıq mer postuna namizəd müəyyənləşib. İddialara görə, bu şəxs Səbayel rayonunun icra başçısı Eldar Əzizovdur.
Onun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın olduğu barədə iddialar var. Bildirilir ki, Eldar Əzizovun mer postuna təyin olunması təklifi də Ramiz Mehdiyevdən gəlib və digər qruplar tərəfindən müsbət qarşılanıb.
Eldar Əzizov 3 ildir ki, Səbayel rayonunun icra başçısında vəzifəsində çalışır. Bundan başqa, o, 3 il (2000-2003) Bakı şəhər Nizami rayonuna, 8 il (2003-2011) Gəncə, 4 il isə (2011-2015) Sumqayıt şəhərlərinə rəhbrəlik edib.


Məlumat üçün deyək ki, artıq iki aya yaxındır, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzfiəsi boşdur. Bu ilin aprelində keçirilən növbədənkənar prezident seçkisindən sonra Hacıbala Abutalıbov mer postundan azad edilərək baş nazirin müavini vəzifəsinə təyin olunub. Onun yerinə təyinatın yubanması müxtəlif mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, hakimiyyət daxilində mer postu uğrunda ciddi mübarizə gedir. Müxtəlif qruplar Bakı şəhərinə nəzarəti ələ keçirmək üçün özlərinə yaxın şəxslərin icra başçısı təyin olunmasına çalışır. Hətta yayılan məlumatlarda bu posta iddialların da adı çəkilirdi. Bu sırada Sumqayıtın icra başçısı Zakifr Fərəcovun, Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun, Lənkəranın icra başçısı Taleh Qaraşovun, hətta “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun adı çəkilirdi.

24saat.org

Gözdən qaçırmayın:  Bayden Putinə meydan oxudu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button