2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı

Səbail rayonu, İstiqlaliyyət küçəsi 4-də, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında kanalizasiya quyusu daşıb, çirkab su yola axır.

Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, kanalizasiyanın daşması nəticəsində yolda gölməçələr yaranıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da işə gələrkən həmin küçədən istifadə edir. Lakin artıq 1 saata yaxındır ki, tədbir görülmür.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, yağış yağan kimi kanalizasiya xətti daşır. “Şəhərin tən ortasında – merin istifadə etdiyi yolda kanalizasiya xətti sıradan çıxıb. Amma heç kim kanalizasiya xətlərinin daşması ilə maraqlanmır. Küçəboyu yağış barmaqlıqları qoyulub. Amma qanovların vaxtlı-vaxtında təmizləməməsi problem yaradır”, – sakinlər söyləyiblər.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər. Meriyanın adını söyləmək istəməyən əməkdaşı iddia edib ki, kanalizasiyanın daşmasında küçələri süpürənlər günahkardırlar. Çünki süpürgəçilər küçədəki zibili süpürüb barmaqlıqlara, kanalizasiya xəttinin üstünə tökürlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button