Now Reading:
Bakı metrosunda bunları etməyin, cərimələnə bilərsiniz – VİDEO

Bakı metrosunda bunları etməyin, cərimələnə bilərsiniz – VİDEO

Bakı metrosunu çirkləndirən sərnişinlərə qarşı cəzaların tətbiq edilməsinə daha ciddi nəzarət olunacaq.

24saat.org Xəzər TV-yə istinadən məlumat verir ki, “IV İslam Həmrəyliyi” oyunları zamanı Bakıya gələcək turistlərin sayının artacağını nəzəra alan “Bakı Metropoliten” QSC-nin əməkdaşları metroda nəzarəti gücləndirəcəklər.

Yerə zibil atan, oturacağa və ya əl tutacaqlarına saqqız yapışdıranlar cərimə ediləcəklər.

Qeyd edək ki, sərnişinlərə qarşı cərimələr standart deyil. Eskalatordan sürahinin üstünə əşya qoyulmasına görə – 15 manat, relsrlərə atılan zibilə görə  – 30 manat, vaqonun qapısını məcburi şəkildə açmaq və siqaret çəkməyə görə – 50 manat, icazəsiz elektrik şəbəkəsindən istifadəyə görə isə 70 manat cərimə tətbiq edilir.

Cərimə olunanlar beş iş günü müddətində yaxınlıqdakı poçt və banklara yaxınlaşıb cərimələrini ödəyə bilərlər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.