Now Reading:
Bakı metrosunda həyəcan: şübhəli bağlama aşkarlandı

Bakı metrosunda həyəcan: şübhəli bağlama aşkarlandı

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında həyəcanlı anlar yaşanıb.

24saat.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub.Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüb, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

FHN-nin keçirdiyi əməliyyat zamanı əraziyə polis qüvvələri və təcili yardım da cəlb edilib. Həmçinin “20 Yanvar” metrosunun keçidlərindən biri müvəqqəti bağlanıb.

Input your search keywords and press Enter.