Now Reading:
Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda həyəcanlı anlar

Bakı metrosunda qatar tuneldə qalıb, sərnişinlər həyəcanlı anlar yaşayıblar.

Milli.Az xəbər verir ki, bu gün səhər saat 9:15-də “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatar “28 May” və “Sahil” stansiyaları arasında olarkən tuneldə dayanıb. Sərnişinlər qatarın yenidən hərəkətə gəlməsini düz 7 dəqiqə gözləməli olublar.

Qatarın dayanmasının bu qədər uzun çəkməsi bəzi sərnişinləri həyəcana salıb. Maşinist səsgücləndirici ilə sərnişinləri sakitləşdirib, qorxulu heç bir hadisənin olmadığını desə də, qatarın dayanma səbəbini açıqlamayıb.

Input your search keywords and press Enter.