Loading...
Loading...
Xəbərlər

Bakı metrosunda həyəcanlı anlar

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Milli.az-ın məlumatına görə, metronun “İçərişəhər” istiqaməti ilə hərəkət edən qatar “Nərimanov” – “Gənclik” metro stansiyaları arasında olarkən təxminən 30-35 yaşlarında olan qadın huşunu itirərək yıxılıb. Ətrafdakı sərnişinlərin təcili müdaxiləsi ilə qadın bir qədər özünə gəlsə də, o, ikinci dəfə huşunu itirərək yıxılıb.

Halı pisləşən qadın metronun “Gənclik” stansiyasında sərnişinlərin köməyi ilə platformaya düşürülüb.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?
Back to top button