Loading...
Loading...
Xəbərlər

Bakı mövqelərinin atəşə tutulduğunu, Yerevansa 'nisbi sabitlik' olduğunu deyir

Sutka ərzində mövqelərimiz bir neçə dəfə atəşə tutulub”. Sentyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində Azırbaycan ordusunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”-Müdafiə nazirliyinin məlumatında deyilir.

Ermənistanın müdafiə nazirliyi isə Azərbaycan mövqelərinin atəşə tutması ilə Bakının iddialarını qəbul etmir.

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin tam nəzarəti altındadır”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin yaydığı açıqlamada vurğulanır.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı danışıqlar davam edir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Yerevanda yenidən Qarabağ müzakirəsi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button