2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Bakı Nəqliyyat Agentliyi, yığılan milyonlar, korrupsiya və xaos

Bakı Nəqliyyat Agentliyi İdarə heyətinin sədr müavini Elçin Mustafayevin adı qarışan böyük korrupsiya skandalı və milyonluq cərimələr

Hazırda fəaliyyətindən ciddi narazılıq hiss edilən strukturlar siyahısında “liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq.

Yaradılma səbəbi, əslində, paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad olduğunu düşünənlərin sayı artmaqdadır.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra hər kəsdə nəhayət nəqliyat sektorunda irəliləyişlərin olacağına dair ümüdlər yaranmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Amma…

Amması ondan ibarətdir ki, 2016-cı ildən fəaliyyətə başlayan  Bakı Nəqliyyat Agentliyi müsbət mənada heç nəylə yadda qalmadı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır.

Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir. Amma maraqlı nüans ondan ibarətdir ki, BNA nəqliyyat sistemindəki problemləri həll edə bilmədiyi halda tez-tələsik avtomobillərin parklanması məsələsini “tənzimləmək” qərarına gəldi.

Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar.
Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədri Vüsal Kərimli hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Yəni, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb.

BNA rəhbəri Vüsal Kərimli
BNA
İdarə Heyəti sədri Vüsal Kərimli

Ziya Məmmədov ənənəsi davam etdirilir

Lakin məsələ heç bu da deyil. Məsələ odur ki, sürücülərin ucdantutma cərimələnməsiylə Bakı Nəqliyyat Agentliyi mövcud problemi həll edirmi?

Yaxud həll edə biləcəkmi? Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki hələ də paytaxt küçələrində tıxacd qalmaqdadır. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Cərimələrin tətbiqi isə davamlı olacaq. Nəzərə alsaq ki, BNA-nın nizamnaməsində göstərilir ki, yığılan dövlət büdcəsinə ödənməsi kimi bir məcburiyyəti yoxdur, o zaman mənzərəylə bağlı yarımçıqlıq tamamlanmış olur.

Bakı Nəqliyyat Agentliyi rəhbərliyi bu yolla “tamah dişinin” ağrısını kəsməyə çalışır. Məlumat üçün bidirək ki, bu heç də yeni ssenari deyil. Əksinə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun açdığı cığırla irəliləmək eşqidir. Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi. İndi BNA və Bakı Nəqliyyat Agentliyi rəhbərliyi də zamanında Məmmədovun tətbiq etdiyi üsulundan yararlanır.

Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Maraqlı olan isə həm də budur ki, tutaq ki, avtomobil hərəkətdə olarkən nasazlığın yaranması səbəbindən maşın yolun kənarına çəkilirsə, həmin avtomobilin sürücüsünə də cərimə yazılır ki, bunu heç bir məntiqlə izah etmək olmaz.

Bakı Nəqliyyat Agentliyi ÖZBAŞINALIQ edir

Bunun yalnız bir adı var: ÖZBAŞINALIQ. Bunlar hər kəsin paytaxt küçələrində gündəlik müşahidə etdiyi hallardır. Amma indi yerli mediada BNA rəhbərliyinin adı halandırılan səs-küylü ittihamlar, rüşvət və digər qanunsuzluqlarla bağlı nüanslar daha intensiv görünməkdədir. Bu baxımdan Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin Mustafayevin adı qarışan böyük korrupsiya skandalı ciddi rezonansa səbəb olub.

Gündəmin əsas müzakirə mövzularından birinə çevrimiş ilginc olayın detalları isə bunlardır:

2017-ci ildə Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib. Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti olub. Həmin işlər görülüb. Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub, amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu bu günə qədər verilməyib.

BNA İdarə Heyəti sədrinin müavini  Elçin Mustafayevin adı milyonluq korrupsiyada hallanır

İş icraçısı deyib ki, Elçin Mustafayev müxtəlif şəxslərin arxasında gizlənməklə onun pulunu ödəməkdən yayınır:

“”Econ” şirkətindən dəvət aldım. Şirkət Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən “Lot.1″ üzrə – Bakı şəhərinin inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi çıxmışdı. Tender komissiyasının 14 noyabr 2017-ci il tarixli protokoluna əsasən ”Econ” MMC qalib elan edilmiş və həmin təşkilatla 29 noyabr 2017-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanıb. Mən sonradan bildim ki, “Econ” Bakı Nəqliyyat Agentliyinə yad bir şirkət deyil. “Econ”un faktiki sahibi Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevdir. Tendersiz də Elçin Mustafayevin şirkəti həmin işi gördürə bilərdilər. Məni işə dəvət edəndə dedilər ki, piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işlərini görəcəyik və hər kvadrat metr işə görə 60 manat zəhmət haqqı alacağıq”.

Bakıda pandusların altına qoyulmalı betonu, armaturu, dəmir toru “yeyiblər”

Pandus
pandus

Onun sözlərinə görə, “Econ” şirkətinin icraçı direktoru Nəcəf Sadıqovdur.

Şirkətin əsl sahibi isə Bakı Nəqliyyat Agentliyi səlahiyyətlisi Elçin Rəvayət oğlu Mustafayevdir: “Mustafayev Bakı Nəqliyyat Agentliyində sədr müavinidir. İşlər də Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə ”Econ” tərəfindən görülürdü. Mən iş icraçısı olaraq işə başladım. Onlarla usta, fəhlə dəvət edib tikintini apardıq. Ümumilikdə 150-yə yaxın işçimiz olub.

Tikinti normalarına görə pandusların altına beton qatı tökülməli, armaturlar toxunmalı, dəmir torlar qoyulmalı idi. Amma biz işə başlayanda dedilər plitələri elə torpağın üstündəncə yerə düzün. Sifarişçi onlardır, təchizat da onlarlıq olduğundan biz iş icraçısı olaraq sifarişi deyilən qaydada yerinə yetirməli idik. Belə də etdik. Dəfələrlə iradımı bildirdim, dedim ki, bu cür döşənmədən az sonra piyada keçidləri, panduslar dağılıb sıradan çıxacaq. Dedilər ki, siz işinizi görün, narahat olmayın.

Bu gün kim gedib həmin plitələrdən birini qaldırsa, görəcək ki, plitələrin altında nə beton var, nə də betonun içində dəmir tor. Nəcəf Sadıqov, Fərid adlı təchizat şöbəsinin müdirləri deyirlər ki, işinizi biz dediyimiz qaydada görün, pulunuzu alın, qalan işlər bizlikdir. Yəni dövlətə verdikləri hesabatlarda yazıblar ki, pandusların və piyada keçidlərinin altına armatur, dəmir tor qoyulub, beton tökülüb. Faktiki isə bunların heç biri olmayıb”.

Bakı Nəqliyyat Agentliyi rəsmisi milyonları necə mənimsəyib?

İş icraçısı deyir ki, onlar asfalt qatını çıxarıb, meydana çıxan zibili yığıb atıb, qranit səki daşlarını söküb-kəsib yerinə oturdublar: “Bundan sonra qum qatı sərilirdi, qranit döşənirdi və sarı keramik plitələr girişlərə qoyulurdu. Bu işlərin görülməsinə görə bizə hər kvadrata görə 60 manat verilməli idi. Bakının Nəsimi, Yasamal və Nizami rayonlarında qeyd olunan işləri görürdük. Bizə görülən işlərə görə ümumilikdə 54 min manat pul veriblər. Həmin pulun 13 min manatını hesaba köçürüblər. Yəni dövlətdən aldıqları pulu nağdlaşdırıblar. Mən dəfələrlə gördüyümüz işin müqabilində verilməli pulların ödənməsini istədim, amma ala bilmədim”.

R.Şeyxəliyev pulların Bakının mərkəzində necə nağdlaşdırılmasına da şahidlik edib: ““Econ”da maliyyə və təchizat işlərinə baxan Fərid müəllim bank filialında pulu nağdlaşdırırdı, bizə çatacaq pulun cüzi hissəsini ödəyirdi. Hər dəfə deyirdilər kyi, bu gün, sabah pulunuz ödənəcək. Beləcə, bizə 3 min 800 kvadrat metrlik pandus və piyada keçidi inşa etdirdilər. Hesabladıq ki, 54 min manat ödəyiblər, 192 min manata qədər borc qalıb. Ona görə də işi dayandırdıq.

Bakı Nəqliyyat Agentliyi sədrinin müavini Elçin Mustafayevin bibisi oğlu Mətin o günlərdə bizimlə hər gün təmasda olurdu. Bizi inandırırdı ki, heç nədən narahat olmayın, pulunuz qəpiyinə qədər ödənəcək. İşi dayandırandan sonra Elçin Mustafayevin bibisi oğlu Mətin də yoxa çıxdı. Nəcəf Sadıqov da dedi ki, biz səni tanımırıq. Halbuki bu işləri biz çox böyük əziyyətlə görmüşük. Ustalar və fəhlələr əziyyət çəkiblər və haqlarını ala bilmirlər”.

“Atasının evinin təkcə qapısını 45 min avroya alıb”

Bakı Nəqliyyat Agentliyi – loqo

İş icraçısı Elçin Mustafayevin onların əziyyətlə qazandığı pulların hesabına özünə və yaxınlarına bahalı bəxşişlər etdiyini açıqlayıb: “Həmin pulları ələ keçirib özlərinə malikanələr tikirlər, bahalı maşınlar alırlar. BNA rəsmisi Elçin Mustafayev atasının ”Həzi Aslanov” metrosu yaxınlığında, “Asiman” şadlıq sarayının yanında yerləşən evinin təkcə qapısını 45 min avroya alıb. Bundan başqa, Elçin Mustafayev İmişlidə böyük bir ərazi alıb, orada modern tipli ferma tikmək istəyir. Bizim əziyyətin qarşılığını vermir və belə bir işlər görür. Biz pulumuzu tələb edirik, o da dövlət orqanlarına yalan məlumatlar verir. Məsələn, Dövlət Təhlükəsizlik Xidmətinə yalan məlumat vermişdi bizim barəmizdə. Dəvət etdilər, getdim, vəziyyəti izah etdim.

Sağ olsunlar, gördülər ki, Bakı Nəqliyyat Agentliyi rəsmisi Elçin Mustafayev yalan məlumat verib, haqlı tərəf bizik, dedilər ki, gedin, haqqınızı tələb edin. Bundan sonra Nəcəf Sadıqov zəng elədi, dedi ki, gəl oturaq hesablama aparıb pulunuzu ödəyək. Getdik metronun Nərimanov stansiyası yaxınlığında oturduq, razılığa gəldik ki, 150 min manat ödəyirlər, məsələ bitir. Gecə saat 1-ə qədər məni orada gözlətdilər, sonra da pulu vermədilər. Ardından Elçin Mustafayev bizi qorxutmaq üçün daha bir oyun qurdu.

Bakı Şəhər Prokurorluğuna çağırdılar. Köməkçi İlqar Məmmədova da baş verənləri anlatdım. Bakı Nəqliyyat Agentliyi sədrinin müavini Elçin Mustafayev yalandan demişdi ki, guya onu təhdid etməklə pul tələb edirik. Əlimdə olan və 7 diskə zorla sığışan Elçin Mustafayevlə, Nicat Sadıqovla, Fəridlə, Mətinlə aramızdakı səs yazıları, 400 vərəq vatsap yazışmalarını da təqdim etdim. Bundan sonra İlqar Məmmədov da dedi ki, get, haqqını tələb elə.

Həmin ərəfədə mən Daxili İşlər Nazirliyinə də müraciət etmişdim. Məsələnin araşdırılması Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tapşırılmışdı. Ora da araşdırma ilə bağlı dəvət olunduq. Nəcəf Sadıqov da gəlmişdi. Məsələni aydınlaşdırdılar, Nəcəf Sadıqov boynuna aldı ki, bizə iş gördürüb pulu ödəməyiblər. Pulun verilməməsini belə izah etdi ki, guya görülən işə görə ölçülər düz hesab edilməyib. Bizim hesabla 192 min manat ödənməli idi. Müstəntiq bizə 4 gün vaxt verdi, gedib ölçmə aparmağımızı tapşırdı. Belə də etdik. Görülən işə görə 180 min manat pul ödənməli olduğu üzə çıxdı. Lakin həmin məbləği bu günə qədər də bizə ödəməyiblər”.

Görünən isə odur ki, bir vaxtlar yaradılmasına böyük ümüdlər bəslədiyimiz Bakı Nəqliyyat Agentliyi həmin ictimai etimadın üzərindən qalın bir xətt çəkib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button