2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı Şəhər İcra Hakimiyyəti mitinq müraciətinə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinə “yox” dedi 

Bakı Şəhər İcra Hakimiyyəti “Qarabağ Komitəsi”nin 15 dekabrda mitinq keçirmək istədiyinə icazə verməyib.

İcra hakimiyyəti cavab məktubunda bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar prezident İlham Əliyev ölkə daxilində və beynəlxaq miqyasda ciddi iş aparır:

“Bu istiqamətdə danışıqlar şəffaf aparılır, keçirilən bütün tədbirlərdə məsələlər KİV-də işıqlandırılır. Bunları nəzərə alaraq 15 dekabrda planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun saymırıq”.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org xəbər verir ki, “Qarabağ Komitəsi”nin təmsilçisi Pənah Hüseyn Meydan TV-yə dediyinə görə, icra hakimiyyətinin cavabı əvvəlki məktubun surətidir, əsaslandırmağa yeni arqumentləri yoxdur.

Pənah Hüseyn dekabrın 11-də komitənin iclasında icra hakimiyyətinin məktubunu müzakirə edib, qərar qəbul ediləcəyini söyləyib.

24saat.org qeyd edir ki, Qarabağ Komitəsi dekabrın 15-də Bakı şəhərində “Məhsul” stadionunda “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə mitinq keçirmək ibarədə  noyabrın 28-də keçirilən iclasda qərar qəbul edib.

Qarabağ Komitəsi 2018-ci ilin iyulunda təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vərəndaş Həmrəyliyi, Mili Demokrat partiyaları, Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctmai Birliyi, Qarabağ Qaziləri təşkilatı və çoxsaylı Qarabağ müharibəsi iştirakçısı daxildir.

Komitənin məqsədi Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılmasıdır. Komitə bunun üçün mütamədi olaraq mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər, görüşlər və digər ictimai tədbirlər keçirməyi qarşısına məqsəd qoyub.

Komitə sentyabrın 29-da Bakıda, Məhsul stadionunda “Qarabağa azadlıq!”, “Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə mitinq keçirib.

Amma, Bakı şəhər İcra Hakimiyyəti komitənin noyabrın 8-də piket, noyabrın 24-də mitinq keçirməsinə icazə verməyib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni silahlı birləşmələrinin nəzarətinə keçib.

Münaqişənin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqlar hələ bir nəticə verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button