2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakı Səhiyyə İdarəsində müdhiş korrupsiya

elmira-eliyevaElmira Əliyeva təkcə dəftərxana xərcləri üçün 100 min, təsərrüfat mallarını almaq üçün isə 100 min manat pul «xərcləyib»

Bakı Şəhər Baş Səhiyyə İdarəsində korrupsiya dizə çıxıb. Qurumun başında duran Elmira Əliyevanın səriştəsizliyi və işi yarıda bilməməsi səbəbindən meydana çıxmış vəziyyət isə durumu daha vahiməli etməyə başlayıb.

Cümhuriyyət.az politika.az-a istinadla xəbər verir ki, xanım Əliyeva pul qazanmaq üçün elə vasitələrə əl atıb ki, məqsədin gəlir əldə etməkdən başqa bir işə yaramadığı diqqəti çəkir. Bunu faktiki rəqəmlər də deyir. Qeyd edək ki, ötən il Bakı Şəhər Baş Səhiyyə İdarəsinə ayrılmış 1 milyon manata yaxın vəsaitin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb. Məlum olub ki, sözügedən qurum bir sıra xərclər üzrə məbləğləri inanılmaz həddə şişirdib. Rəsmi rəqəmlərə əsasən idarə digər alış və xidmətlərin satın alınmasına 63189 manat pul xərcləyib. «Kredo C» MMC tərəfindən həyata keçirilmiş proses üzrə nələrin alındığı isə müəmmalı olaraq qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amma Elmira Əliyeva bununla da kifayətlənməyib, sair xərclər üzrə satınalmalara da 113221 manat vəsait ayırtdırıb ki, bunu da «İlqar MR» MMC həyata keçirib. Di gəl, bu qədər vəsait nə üçün xərclənib, bəlli deyil. İdarənin xərclərinə gəldikdə isə rəhbərlik bunu da yaddan çıxarmayıb və rəqəm həddindən artıq böyükdür. Belə ki, bu məqsədlə idarəyə 113570 manat vəsait ayrılıb. Politika.Az xəbər verir ki, bu da dəhşətli sayılmaya bilər. İşin dəhşətli tərəfləri o qədər çoxdur ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi deyil, Səhiyyə Nazirliyi bununla bağlı açıqlama verməlidir. Ona görə ki, idarə ötən il elektik mallarının satın alınmasına düz 97000 manat pul sərf edib. Əcəba, bu qədər elektrik malları niyə alınıb? Yoxsa, Bakı Şəhər Baş Səhiyyə İdarəsi xəstələrə qarşı ancaq lampa, elektrik vasitələrindən istifadə edir? Bəzən belə bir şübhə də yaranır ki, bu qədər elektrik mallarının alınması xəstələrə işgəncə verilməsi üçün nəzərdə tutulub. Əks təqdirdə, bu qədər pulu belə şeylərə xərcləməyin adı belə yoxdur. Amma bu da son deyil. Diqqət edin, Baş

Səhiyyə İdarəsi kommunal və kommunikasiya xidmətlərinin satın alınmasına 113592 manat pul xərclədiyini sənədləşdirib. Bu işləri həyata keçirən şirkət isə «İlqar NNT» MMC olub. Lakin ardından yenə eyni xərclər üzrə daha 35289 manat pul ayrılıb ki, bunu da elə yuxarıda adını çəkdiyimiz şirkət reallaşdırıb. Burada birinci maraqlı məqam odur ki, kommunal xərclər yetərli qədər şişirdilib, hətta bir zavodun elektrik enerjisi sərfinə çəkilən xərcə bərabər olub. Digər maraqlı məqam isə «İlqar NNT» MMC ilə «İlqar MR» MMC-nin eyni şirkət olması və ya eyni adama məxsusluğudur. Görünür, Elmira Əliyeva tenderləri başqalarına verməmək üçün özünə uyğun şirkətlər yaradıb. Elmira Əliyevanın bu işlərdə səriştəsiz olduğunu nümayiş etdirən bir başqa cəhət isə dəftərxana xərcləri ilə bağlıdır.

Baş İdarənin müdiri qeyd olunan xərclər üzrə ilboyu bir dəfə pul ayrılmasına nail olub. Bu da 100940 manat təşkil edib. İndi sual olunur, Bakı Baş Səhiyyə İdarəsi tibb sektorunu əhatə edir, yoxsa, arxiv idarəsini? Bu qədər dəftərxana ləvazimatı nəyə sərf olunub, necə işlədilib? Üstəlik, idarə mətbə xidmətlərinin satın alınmasına da külli miqdarda pul sərf edib. Özü də iki dəfə. Birinci dəfə bu rəqəm 116665,9 manat, ikinci dəfə isə 93168 manat olub. Təqribən 200 min manatdan bir qədər artıq vəsaitlə idarə hansı mətbəə işləri görüb, bunu Elmira Əliyevadan başqa kimsə bilmir.

Buraya təsərrüfat mallarının satın alınmasını da əlavə edərsək, durumun hansı ciddiyyət daşıdığı aydınlaşar. Təsəvvür edin ki, Bakı Baş Səhiyyə İdarəsi 102950 manatlıq təsərrüfat malları alıb. Niyə? Nə üçün? Bəlli deyil. Gedişatdan belə başa düşülür ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi ümumiyyətlə, öz fəaliyyəti ilə deyil, başqa işlərlə məşğuldur. Elə bu səbəbdəndir ki, paytaxtın əksər tibb ocaqlarında özbaşınalıq və xaos yaşanır. Elmira Əliyeva isə bütün bunlara məsul olduğu halda, başını aşağı salaraq, tenderlərdən əldə edəcəyi pullar barədə düşünür. Kaş, bu xamın idarə rəisi çevrilib ətrafına baxa və səhiyyənin hansı biabırçı durumda olduğunu görə.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button