2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakı səmasında qırıcılar uçuşur – Səbəb nədir?

Mayın 23-də səhər tezdən Bakı üzərində səs-küylə qırıcı təyyarələr uçur. Lakin narahat olmağa əsas yoxdur.

Məlum olduğu kimi, mayın 26-dan 29-dək paytaxtda TEKNOFEST Azərbaycan festivalı keçiriləcək. Hazırda festivala hazırlıqlar gedir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Respublika Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu il mayın 26-dan 29-dək ölkəmizdə ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

TEKNOFEST tədbiri 2018-ci ildən bəri hər il “Türkiyə Texnologiya Komandası” – T3 Fondu tərəfindən keçirilir. T3 Fondu Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Baykar Makina şirkətinin texniki direktorluğu tərəfindən idarə olunur, Türkiyənin 60-dan çox dövlət qurumu, universitetləri və özəl şirkətləri ilə əməkdaşlıq edir.

Tədbirin məqsədi aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin populyarlaşdırılması, bu sahələrdə sahibkarlığın təşviqi, festival çərçivəsində təşkil olunan müsabiqələr vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdimatıdır.

Bu il TEKNOFEST ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilir.

Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, tədbirlər planı hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq göstərişlərinə uyğun olaraq icra edilmək üçün aidiyyəti qurumlara göndərilib.

Ümumilikdə dörd gün davam edəcək festivalda 200 mindən çox insanın (o cümlədən 33 ölkədən 500-ə yaxın xarici) iştirak edəcəyi gözlənilir.

24 saat” “Bakı səmasında qırıcılar uçuşur – Səbəb nədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button