Loading...
Loading...
Gündəm

Bakı sakini qəza törədən polisdən şikayətçidir

“Sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib qəza törətdi, xəsarət aldıq”

Bakı sakini Sona Muradova avtomobilinə qarşı törədilən qəzaya görə suçladığı polis əməkdaşının hələ məsuliyyətə cəlib olunmamasından narazıdır.

Hadisə 2020-ci ilin sentyabrın 28-də Qazax rayonunda baş verib.

Bu barədə Sona Muradova “Turan”a danışıb.

O deyib ki, rayonun arxa məhəlləsində, sürət həddi 30-40 kilometr olan bir yerdə sürücülük vəsiqəsi olmayan polis əməkdaşı İmran Göyüşov avtomobili yüksək sürətlə idarə edərək onların avtomobilini vurub: “Zərbədən avtomobil divara çırpılıb, maşındakılar da xəsarət alıb. Biz xəsarət almışıq, avtomobilimiz yararsız hala düşüb, 12 min 500 manatlıq zərər dəyib”.

Onun sözlərinə görə, avtomobil İmran Göyüşovun adına yox, Asif Əliyevin adına rəsmiləşdirilib: “Lakin İmran Göyüşov ziyanı ödəməkdən imtina edir. Deyir ki, mən polisəm, mənə heç kəs heç nə edə bilməz”.

Polis əməkdaşı İmran Görüşov

Sona Muradova məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına müraciət edib: “Nazirlikdən mənə bildirilib ki, Qazax Rayon Polis Şöbəsində oktyabrın 5-də ekspertizanın təyin edilməsi ilə bağlı qərar qəbul edilib. Araşdırma gedir, müraciətim də rayon prokurorluğuna göndərilib. Amma bunlardan sonra da hələ nəticə yoxdur. Nə məhkəmə var, nə də bir xəbər. Adam sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib, iki nəfərə xəsarət yetirib. İşi aparan tədqiqatçı Fərid Rüstəmov bizdən qaçır, zənglərimə cavab vermir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Turan”a hadisənin baş verdiyini təsdiqləyib.

“Məlumatla əlaqədar polis əməkdaşları hədisə yerinə gələrək müvafiq araşdırma aparıb, avtotexniki ekspertiza təyin edilib. İlkin araşdırmalardan müəyyən olunub ki, Sona Murodavanın idarə etdiyi “Mitsubishi” markalı avtomobil ilə Qazax rayon sakini, Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində işləyən, polis leytenantı İmran Göyüşovun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub. Nəticədə Sona Muradova və onun avtomobilində olan sərnişin Maya Bağırova müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına yerləşdirilib. Hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə Qasımov qeyd edib.

Eşqin Qasımov polis əməkdaşının sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə aydınlıq gətirib: “Asif Əliyev sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə intizam məsuliyyətinə cəlb olunub”.

Ancaq Qazax Rayon Prokurorluğundan “Turan”a bildiriblər ki, hadisədə zərər çəkən olmayıb: “Odur ki, bu, prokurorluğun işi deyil”.

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

Baş Prokurorluqdan isə deyiblər ki, Sona Muradova narazıdırsa, prokurorluğa şikayət edə bilər.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun