2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakı sakinləri geyimi haradan alırlar? – SORĞU

Bakı sakinlərinin böyük hissəsi geyim əşyalarını almaq üçün bazarlardan alış-veriş edir.

24saat.org fins.az-a istinadən bildirir ki, bu “ACT Azərbaycan” şirkətinin keçirdiyi sorğunun nəticələrindən məlum olub. Sorğu gösrəbi ki, vətəndaşların 70 faizi geyimi, 65,3 faizi isə ayaqqabını bazarlardan alır.
Sorğuda iştirak edənlərin 39 faizi geyimini alış-veriş mərkəzlərindən, 13,4 faizi butiklərdən alır. Alış – veriş mərkəzlərindən kənarda yerləşən mağazalardan geyim alanlar isə 10% təşkil edir. Respondentlərin 7,8%-i geyimi internet vasitəsilə alır, 4 % isə bazarlıq üçün xaricə üz tutur
Geyim almaq üçün bazarlara üz tutanlar əsasən yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89,4%) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24yaş) əsasən alış veriş mərkəzlərinə (36,4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44yaş) geyim almaq üçün ya butikləri (10,2%), ya da xarici ölkələri ( 8,5%) seçirlər.
Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65,3%). Alış veriş mərkəzlərini seçənlər 32,7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13,6 %dir. Alış veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11,4%-i seçir. Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5,8%-ni təşkil edir.
Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89,4%). Gənclər isə (18-24 yaş) alış veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7,5%) daha münasib bilirlər.
İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12,4%) və xarici ölkələrdən (8,5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.
Sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında həyata keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button