Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ - 24 saat xəbərlər
Now Reading:
Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ
Full Article 40 second read

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

24saat.org “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından “Stend Atıcılığı” idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

AAYDA sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edir: “Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.

24saat.org

Input your search keywords and press Enter.