2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Bakı-Şuşa sərnişin avtobusu yola düşüb

Bu gün, yanvarın 24-də Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.

İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkət edib.

Saytların yığılması Saytlarin yigilmasi

İlk olaraq Şuşaya iki marşrut avtobusu xəttə buraxılıb.

Şuşa ilə yanaşı, Bakı Avtovağzalından Bakı-Ağdam-Bakı marşrutları da start götürüb.

Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək. Amma hər kəs ildə bir dəfə səfər edə biləcək və bu, avtobusların sayı ilə izah edilir. Qeyd olunub ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir.

Bakı-Şuşa üzrə biletin qiyməti -10.40 manat, Bakı-Ağdam – 9.40 manat, Əhmədbəyli-Şuşa – 7 manat, Bərdə-Ağdam – 5 manat, Füzuli Hava Limanı-Şuşa üzrə isə 6 manat açıqlanıb.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona (Ağdam və Füzuli rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button