2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bakı təmas xəttində çoxsaylı qüvvə yerləşdirib”

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycanın təmas xəttinə çoxsaylı hərbi qüvvə və texnika cəmləşdirdiyi barədə bəyanatla çıxış edib.

Vitualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın bildirdiyinə görə təmas xəttindəki situasiya aprelin əvvəlləri ilə müqayisə oluna bilməz. “Azərbaycan qoşunların təmas xəttinə aprelin əvvəllərində olduğundan daha çox qüvvə cəmləşdirib”-o deyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmən ölkənin bu bəyanatına şərh verməyib. Nazirlik bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qoşunların yenidən dislokasiyasını həyata keçirməkdə sərbəstdir və bununla bağlı üçüncü tərəfə izahat verməyə borclu deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan hərbi-siyasi dairələri artıq neçənci gündür ki, Azərbaycanın təmas xəttinə çoxsaylı qüvvə cəmləşdirməsindən və Şuşanın işğalının ildönümü günü irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edir. Lakin böyük ehtimalla bu cür informasiyaların verilməsi ictimai rəyin Ermənistan ordusunun Qarabağda itirdiyi mövqeləri geri ala bilmək üçün növbəti əks-həmləyə hazırlanmasına xidmət edir.

Yəqin ki, Ermənistan Azərbaycanın qoşunlaın təmas xəttinə çoxsaylı hərbi qüvvə cəmləşdirdiyi barədə bəyanatlar verməklə sonradan hərbi əməliyyatların yenidən başlamasına görə məsuliyyətdən yayınmaq üçün zəmin hazırlayır. Azərbaycan prezidenti İlham Əliyev Ağdam və Tərtər rayonlarına səfəri zamanı bəyan edib ki, əgər düşmən yenidən aprelin əvvəlində olduğu kimi təxribata əl atsa cavab eyni olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button